Gümüş

47 palladiumgümüşkadmium
Cu

Ag

Au
Ümumi
Ad, İşarə, Nömrə gümüş, Ag, 47
Qrup, Dövr, Blok 11, 5, d
Xarici görünüşü
Atom kütləsi 107.8682 q/mol
Elektron formulu [Kr] 4d10 5s1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 961.78 °C
(1234.93 K, 1763.2 °F)
Qaynama temperaturu 2162 °C
(2435 K, 3924 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Gümüş (Ag) – kimyəvi element, D. İ. Меndeleyevin kimyəvi elementlərin dövrü sisteminin beşinci periodunun əlavə yarımqrupunun kimyəvi elementi. Atom nömrəsi 47-dir. Ag (lat. Argentum) simvolu ilə göstərilir.

Gümüş nəcib metal olaraq plastikdir, gümüşü-ağ rəngdədir. Ərimə temperaturu – 961.9 °C, qaynama temperaturu 1950 °C, bərkliyi — 10,5 g/см³. Əksər birləşmələrdə +1 oksidləşmə dərəcəsindədir. Gümüş çoxdan qiymətli bir metal kimi qiymətləndirilmişdir. Gümüş bəzən qızılla yanaşı bir çox külçə sikkədə istifadə olunur[1]. Miqdarca qızıldan daha çox mövcud olsa da, təbii metal kimi çox azdır[2].

Gümüş

Gümüş insanlara qədim zamanlardan məlum olmasına baxmayaraq qızılmisdən sonra kəşf edilmişdir. Gümuşün qədim tarixi olması bu səbəbdəndir ki, gümüş qızıl kimi təmiz şəkildə təbiətdə tapılır. Onu filizlərdən əridib almaq lazım gəlmirdi. Gümüş bir çox xalqların mədəni ənənələrində tez-tez rast gəlinir.

Gümüş nitratın kristalları
Gümüş vaza, təxminən eramızdan əvvəl 2400-cü il

Orta əsrlərdə gümüş və onun birləşmələri alximiklər arasında çox məşhur idi. XIII əsrdən başlayaraq ondan qab-qacağın hazırlanması üçün istifadə edilməyə başlanılır. Gümüşdən indiyə qədər gümüş pulların hazırlanması üçün geniş istifadə edilir. Bitkilərdə gümüşün miqdarı milyonda bir faizdir. Onun miqdarı orta hesabla dəniz bitkilərində 100 qram quru maddəyə görə 0,025 mq, yerüstü bitkilərdə isə 0,006 mq miqdarında olur. Gümüş ionları bütün bitkilərin tərkibində daima olur. Gümüşü ən aktiv toplayan bitki sürünən yoncadır. Gümüş ionları bakterial hüceyrələrin daxilinə keçir və mikroorqanizmlərin fermentlərini blokadaya alır və bu zaman əksər ibtidailər məhv olurlar. Gümüş, dezoksiribonuklein turşularının azotlu əsasları ilə əlaqəyə girərək DNT-nin stabilliyini pozur və uyğun olaraq bakteriaların, göbələrklərin və virusların həyat qabiliyyətləri pozulur. Bundan başqa gümüş ionlarının sürətlə hüceyrəyə, sitoplazmatik membrana daxil olması, hüceyrə təbəqəsinin funksiyasının pozulması (bakteriostatik effekt) və çoxlu sayda bakterial fermentlərin blokadası (bakteriolitik effekt) mikroorqanizmlərin məhvinə səbəb olur.

Heyvanların orqanizmində gümüşün miqdarı 100 qram quru qalığa görə (məməlilərdə) 20 mkq-a çatır.

Gümüşün insan orqanizmində miqdarı 1,1 mkq/kq-dır. Daha çox miqdarda gümüş ağ ciyərlərdə, qara ciyərdə, beyində, eritrositlərdə, gözün əlvan təbəqəsində və hipofizdə olur.

Indiyə qədər gümüşün insan orqanizmində fizialoji rolu kifayət qədər öyrənilməmişdir. Gümüş fermentlərin inhibitoru (ləngidici) rolunu oynayır. Müəyyən edilmişdir ki, gümüş əksər fermentlərin aktiv mərkəzlərinin əmələ gəlməsində iştirak edən sulfhidrid (HS) qruplarını blokadaya alaraq fermentlərin aktivliyini azalatmaq qabiliyyətinə malikdir.

Gümüş miozinin adenozintrifosfat fəaliyyətini blokada edir. Miozin insan əzələ toxumasının əsas zülalı olub ATF-i parçalamaq qabiliyyətinə malikdir.

Gümüşün duzları dəriyə düşdükdə qara və çətin kənarlaşdırılan ləkələr yaranır.

Gümüşün insan üçün zəhərlilik dozası 60 mq, öldürücü dozası 1,3-6,2 qramdır.

Onun orqanizmə daxil olmasının əsas mənbələri mineral sular və dəniz məhsullarıdır.

Gümüşün ən geniş məlum olan və insan tərəfindən daha geniş istifadə olunan birləşmələri aşağıdakılardır.

AgNO3 – gümüş (I) nitrat

Ag2Hg3 – gümüş amalqaması – civə və gümüşün ərintisi.

Ag2S – gümüş (I) sulfid.

Gümüş qiymətli metal olub qədim svilizasiyalar dövründən məlumdur.

Gümüş adı ingilis – sakson “siolfur” və latın sözü “argentams”-dan götürülüb.

Qida məhsulları ilə gümüşün sutka ərzində orqanizmə daxil olan miqdarı 0,07 mq-dır.

Gümüş nitrat AgNO3 tibbi preparat kimi istifadə olunur, protarqol və kollarqol dərman preparatlarının tərkibinə daxildir.

Gümüş amalqaması stomatologiyada, xüsusi halda diş protezlərində istifadə olunur.

Qədim zamanlarda insanlar gümüşü su və ərzaq saxlamaq məqsədilə qablar və tutumlar hazırlamaq üçün istifadə edirdilər. Çünki, gümüş bakteriostatik təsirə malikdir.

Məlumdur ki, hər gün milyonlarla hindlilər Qanq çayında çimərək dini ayinlər icra etsələr də yolxucu xəstəliklərə tutulmurlar. Bunun səbəbi odur ki, bu çayın suyunda yüksək miqdarda gümüş ionları var.

Hava atmosferində çox vaxt gümüş predmetlərin qaralması müşahidə olunur. Bu, onların səthində havada olan hidrogen sulfidin təsirindən qara gümüş sulfidin Ag2S əmələ gəlməsidir. Uzun illər kimyaçıları maraqlandıran suallardan birinə kompyuterlər cavab verə bildi – nədən gümüş kükürdlə təmasda olduğu zaman oksigenlə təmasda olduğundan daha tez qaralır. Ola bilər ki, bundan sonra smartfon və digər elektrik cihazlarının elektrik sxemləri daha uzun ömürlü olarsa, gümüş əşyalar görkəmlərini daha gec itirərlər. Məlumdur ki, kükürd tərkibli birləşmələr (xüsusilə hidrogen sulfid) gümüşün qaralmasının əsas səbəbidir. Atmosferdə kükürdün uçucu birləşmələrinin hətta cüzi miqdarları (milyardda bir hissəsi belə) tünd gümüş sulfid təbəqəsinin yaranmasına səbəb olur. Atmosfer oksigeni isə praktiki olaraq gümüşlə reaksiyaya girmir, baxmayaraq ki, termodinamiki nöqteyi nəzərindən, gümüş oksidin əmələ gəlməsi daha yüksək ehtimal təşkil etməlidir. Gümüşün oksigenə nisbətən kükürdlə daha asan reaksiyaya girməsini izah etmək üçün Qabriel Salex və Stefano Sanvito (Triniti-koleci, Dublin) bu reaksiyaları molekulyar-dinamika üsulunun köməyilə modelləşdirməyi qərara almışlar. Tədqiqatların sadələşdirilməsi məqsədilə alimlər hidrogensulfid əvəzinə reaksiyaları kükürdlə modelləşdirmişlər. Bunun səbəbi ondadır ki, gümüşlə təmasda olduqda bu maddələr ilkin olaraq kükürd S8-dək parçalanırlar. Hesablamalar göstərmişdir ki, S8 gümüşün səthinə yaxınlaşdıqda ayrı-ayrı molekullara parçalandığı üçün gümüş sulfid daha sürətlə əmələ gəlir. Oksigen daha lənğ dissosiasiya edir və bundan əlavə metalın üzərində ilk oksid qatının əmələ gəldiyindən sonra gümüş oksidin əmələ gəlmə sürəti azalır. Kükürdlə reaksiya zamanı belə hallar müşahidə olunmur, çünki gümüş atomları metalik qəfəsdən sulfid qatından keçərək səthə yönəlir və növbəti kükürd atomları ilə reaksiyaya girmək üçün diffuziya edirlər. Bu səbəbdən kükürd sulfid daha sürətlə əmələ gəlir. Tədqiqat müəllifləri özləri də gözləmirdi ki, gümüş atomları metal qatından səthə doğru yönəlir və burada oksidləşdiricinin təsirinə məruz qalırlar. Bəlkə elə bunun özü gümüşün korroziyadan qorunma üsulunun təklif edilməsi üçün təkan ola bilər. Məsələn, gümüşə müxtəlif qatqılar əlavə edildiyində (легирование) atomların sulfiq qatından keçərək səthə doğru diffuziyası ləngiyir, müvafiq olaraq, korroziya da ləngiyir. “Nokia” firmasının elektronika üzrə mütəxəssisləri də bu eksperimentlərdə iştirak edib və alınan nəticələr onlar üçün böyük maraq doğurubdur, çünki gümüşün korroziyası çox zaman cmartfonların və digər elektron cihazlarının sıradan çixmasının səbəbi olur.

Gümüş bitkilərdə

[redaktə | mənbəni redaktə et]

Bitkilərdə gümüşün miqdarı milyonda bir faizdir. Onun miqdarı orta hesabla dəniz bitkilərində 100 qram quru maddəyə görə 0.025 mq, yerüstü bitkilərdə isə 0.006 mq miqdarında olur. Gümüş ionları bütün bitkilərin tərkibində daima olur. Gümüşü ən aktiv toplayan bitki sürünən yoncadır. Gümüş ionlari bakterial hüceyrələrin daxilinə keçir və mikroorqanizmlərin fermentlərini blokadaya alır və bu zaman əksər ibtidailər məhv olurlar. gümüş, dezoksiribonuklein turşularının azotlu əsasları ilə əlaqəyə girərəl DNT-nin stabilliyini pozur və uyğun olaraq bakteriaların, göbələklərin və virusların həyat qabiliyyətləri pozulur. Bundan başqa gümüş ionlarının sürətlə hüceyrəyə, sitoplazmatik membrana daxil olması, hüceyrə təbəqəsinin funksiyasının pozulması (bakteriolitik effekt) mikroorqanizmlərin məhvinə səbəb olur.

  1. "Bullion vs. Numismatic Coins: Difference between Bullion and Numismatic Coins". www.providentmetals.com (ingilis). 2018-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-17.
  2. "'World has 5 times more gold than silver' | Latest News & Updates at Daily News & Analysis". dna (ingilis). 2009-03-03. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-17.
  • http://www.nkpi.az/?page=addread&id=1160[ölü keçid]
  • Химия и жизнь 2019 №5 səh 19
  • XVII-XIX əsrlərdə gümüş preparatları əsəb və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunmuşdur.
  • Gümüş ionları bakteriyaların inkişafının qarşısını alır və olduqca az qatılıqlarda (10-10 mol/l-ə yaxın) içməli suyu sterilləşdirir.
  • Gümüş kəskin ifadə olunan bakterisid, antiseptik, iltihab əleyhinə, yığıcı təsirə malikdir.
  • Gümüş təbii bakterisid metal olub 650 növ bakteriyalara qarşı effektivlidir. Demək olar ki, bütün antibiotiklərdən fərqli olaraq bu bakteriyalar gümüşə uyğunlaşmırlar. Gümüş bir çox ibtidailərə və hətta viruslara qarşı antibiotik təsirlidir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]