"Silah və Təhlükəsizlik" sərgisi (ukr. Міжнародна спеціалізована виставка "Зброя та безпека", "Zbroya ta Bezpeka") — hər il keçirilən silah və hərbi texnikaların ticarəti sərgisi. Ukrayna Nazirlər Kabinetinin himayəsi altında Ukraynanın paytaxtı Kiyevdə keçirilir.[1] Nazirlər Kabinetinin 2004-cü il qərarına əsasən ilk sərgi 2004-cü ilin sentyabr ayında keçirilmişdir.[2]
2018-ci ildəki sərgi iştirakçılarına 456 Ukrayna və 17 ölkədən gəlmiş olan 47 xarici iştirakçı daxil idi. Polşa, Türkiyə və Çexiya ilk dəfə olaraq 2018-ci ildə bu sərgidə stendləri ilə çıxış etmişdirlər.[3]
2019-cu ildəki sərgi iştirakçılarına 320-dən çox Ukrayna və 16 ölkədən gəlmiş olan 48 xarici iştirakçı daxil idi.[4]
2020-ci ilin sərgisi COVID-19 karantini ilə əlaqədar olaraq 2021-ci ilin iyun ayına qədər təxirə salınmışdır.[5] 2023-cü ildə sərgi Rusiya-Ukrayna müharibəsinə görə keçirilməmiş və 29 sentyabr 2023-cü ildə Kiyevdə keçirilən bir günlük Beynəlxalq Müdafiə Sənayesi Forumu konfrans ilə əvəz olunmuşdur.[6]