"Xidmətlərə görə" ordeni (Fransa)

Xidmətlərə görə ordeni (fr. Ordre national du Mérite) — Fransanın milli ordeni. Fransa prezidenti general Şarl de Qollun 3 dekabr 1963-cü il tarixli dekreti ilə təsis edilib.[1]

Xidmətlərə görə ordeni
Ordre national du Mérite

Ölkə  Fransa
Tip Orden
Kimə verilir Hərbi və mülki şəxslərə
Təltif edir
Status Verilir
Statistika
Təsis tarixi 3 dekabr 1963-cü il
Ardıcıllıq
Yüksək mükafat Hərbi medal (Fransa)[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orden ilə mühüm mülki və hərbi xidmətlərinə görə fərqlənmiş Fransa vətəndaşları və əcnəbilər təltif oluna bilər. Təltif edilmə barədə qərarı, hökumətin təqdimatı əsasında ordenin Qrossmeysteri olan Fransanın baş naziri qəbul edir. Fransanın baş naziri, postunda 6 ay fəaliyyət göstərdikdən sonra Böyük xaç kavalyeri olur.

Fəxri Legion ordeninin böyük kansleri eyni zamanda xidmətlərə görə ordeninin də kansleri hesab olunur.

Xidmətlərə görə ordeni əhəmiyyətinə görə Fəxri Legion ordeni, Azadlıq ordeniHərbi medaldan sonra Fransanın dördüncü mükafatı sayılır.

1972-ci il iyulun 27-də xidmətlərə görə ordeni üzvlərinə qarşılıqlı yardım cəmiyyəti yaradılmışdır. Cəmiyyətin adı 26 oktyabr 1974-cü ildə xidmətlərə görə ordeni üzvlərinin Assosiasiyasına dəyişdirilib.

  1. "Décret n°63-1196 du 3 décembre 1963 portant création d'un ordre national du Mérite". Legifrance.gouv.fr. 2017-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]