"Yeni fikir" qəzeti

"Yeni fikir" qəzetiNaxçıvan Dövlət Universitetində fəaliyyət göstərən ali məktəb qəzeti[1]. 1990-cı illərdə Naxçıvan Dövlət Universitetində nəşr olunmuş "Fikir" qəzetinin davamıdır, yəni yeni mərhələnin "Fikir" qəzetidir[2]. "Yeni fikir" qəzetinin baş redaktoru NDU-nin Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyevadır[2].

"Yeni fikir" qəzeti
Növ ali məktəb qəzeti
Sahibi Naxçıvan Dövlət Universiteti
Təsisçi Naxçıvan Dövlət Universiteti
Baş redaktor Şəhla Şirəliyeva
Yaranma tarixi 1 aprel 2011
Dil azərbaycanca
Ünvan Naxçıvan şəhəri, Naxçıvan Dövlət Universiteti
"YENİ FİKİR" QƏZETİ

Tarixi[redaktə | mənbəni redaktə et]

"Yeni fikir" qəzeti Naxçıvan Dövlət Universitetində çap edilən "Fikir" informasiya bülleteninə əlavə kimi nəşrə başlamışdır[2]. Qəzetin ilk nömrəsi 1 aprel 2011-ci ildə işıq üzü görmüşdür[2].

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

"Yeni fikir" qəzeti zəruri məlumatlarla yanaşı xarakterinə görə "Fikir" informasiya bülletenində gedə bilməyən bədii-publisist yazılara da meydan açan mətbuat orqanıdır[2].

Qəzet eyni zamanda universitetin Jurnalistika ixtisasının müəllimləri və tələbələri, habelə karyerasını mətbuatla bağlamaq istəyən hər kəs üçün peşə məktəbi funksiyasını da həyata keçirməkdədir[2]. Gələcək jurnalistlər bu qəzetin nəşri vasitəsilə publisistika sənətkarlığının xüsusiyyətlərini öyrənməklə yanaşı, həm də mətbəə ilə əlaqəli çalışmaq vərdişlərinə yiyələnmək, maket qurmaq, fotojurnalistikanı mənimsəmək baxımından münasib imkanlar qazana bilirlər[2].

Qəzet universitet mühitindəki elmi-maarifçi baxışların ədəbi-publisist düşüncə ilə zənginləşdirilməsinə də xidmət edir[2].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Dövlət Universitetinin 45 illik yubileyi qeyd olunub Arxivləşdirilib 2021-06-19 at the Wayback Machine. muallim.edu.az, 28.09.2012  (az.)
  2. 1 2 3 4 5 6 7 8 "YENİ FİKİR" QƏZETİ Arxivləşdirilib 2017-06-15 at the Wayback Machine. ndu.edu.az  (az.)