Çöl pişikdırnağı

Aralıq dənizinin şərq hissəsi və İranda yayılmışdır. Dağıtım sahəsinə Türkiyə və Kipr, Əlcəzairdən Fələstinə, İordaniyaya, Suriyaya, Ərəbistana, İraqa, Əfqanıstana, Pakistana və Qafqazın bir hissəsi, Orta Asiya və İrandan Hindistana qədər daxildir.[1][1]

Çöl pişikdırnağı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Çöl pişikdırnağı
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Şaxəli tikanlı kolcuqdur, hündürlüyü 50–60 sm-ə çatan, nazik, möhkəm və əyilən budaqlıdır, üzəri konusşəkilli qırmızımtıl tikanlıdır. Cavan budaqlar və yarpaq saplaqları qısa tükcüklüdür. Yarpaqlar uzunsov-ovalşəkilli, uzunluğu 4–6 sm-dir. İkiqat cütlələkvaridir. Yarpaqcıqları xırda, 2,5–5,0 mm uzunluqda və 2 mm-ə qədər enində olub, xətvari, uzunsov formalı, üzəri qısa-tüklü, çox xırda saplaqcıqlarda yerləşir. Salxımları sıx, silindrik, çoxçiçəkli, yarpaqların qoltuqlarında yerləşir, ölçüsünə görə yarpaqlara bərabər və ya onlardan azca qısadır. Kasacığı dairəvi, 5 qısa dişcikli, tacı 4–5 mm-ə qədər uzunluqda olub, solğun və ya açıq sarı rəngdədir. Erkəkcikləri sərbəst, tacdan uzundur. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-sentyabrda yetişir. Paxlaları yumurtavari, uzunsov, düz və ya əyilmiş, qırmızımtıl-qonur rəngli olub, sonralar şabalıdı-qonura çalır, 4–6 sm uzunluğunda və 2,5 sm-ə qədər enindədir. Toxumları yığcam, dəyirmi, hamar, qonurdur. Yerüstü hissələri çox yavaş böyüyür. İşıq, istisevən, quraqlığadavamlı, torpağa az tələbkar, tez böyüyən bitkidir.

Quraqlığadavamlı, torpağa az tələbkar xırda kolcuqdur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Xəzər sahili, Abşeron, Qobustan, Kür-Araz ovalığı, Lənkəran, Muğanda dağ ətəklərində və şoranlaşmış düzənliklərdə bitir.

Meyvəsi, kökü, kök qabığı taninlə zəngindir, tərkibində 5,9% şəkər var, dadlıdır, bəzən xörəkdə istifadə olunur. Çiçəklərdə boyayıcı piqmentlər vardır ki, bundan da ipək boyamasında istifadə olunur.

  1. "فوائد وأضرار نبات الينبوت (خرنوب الشوك,غاف مليء) لصحة الجسم والكلى | أعشاب الهيرب ALHERB". أعشاب الهيرب ALHERB | فوائد وأضرار الأعشاب والنباتات والزيوت العطرية (ərəb). 2023-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-12.