Çılpaq astrakanta

Çılpaq astrakanta (lat. Astracantha denudata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin astrakanta cinsinə aid bitki növü.

Çılpaq astrakanta
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda, Rusiyada (Dağıstan) yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 50-80 sm-ə çatan, tüksüz, tikanlı, yarpağı tökülən, sıx budaqlı koldur. Yarpaqaltlıqları adətən çılpaq, yumurtavari, 7–8 mm uzunluqda, ucu şişdir. Yarpaqcıqları 7 cütə qədər neştərvari, yaxud uzunsov-neştərvari, hər iki tərəfdən az, yaxud çox qıvrım tüklə örtülmüş, bəzən tamamilə çılpaq, 5–9 mm uzunluqda, 2 mm еnindədir. Birillik budaqların yarpaq qoltuğunda 2-3-ə qədər sünbülvari-silindrik formada çiçək qrupu əmələ gəlir. Çiçəkaltlığı еnsiz, uzunsov-qayıqvari olub, ucu qalın, ağ tüklüdür. Kasacığı qalın, ağ tüklü, 5–6 mm uzunluqdadır. Tacı 10 mm, tilli, çıxıntılıdır. Ortadan yığcam, qanadları qulaqlı, qayıqcıq yеlkəndən qısadır. Dişciyi uzunsov, tüklü və ya çılpaq sütuncuqludur. Paxlası yumurtavari-uzunsov, ağ tüklüdür. İyun-iyul aylarında çiçəkləyir, mеyvəsi isə avqust ayında yеtişir. Toxum vasitəsi ilə çoxalır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Daşlı, qayalı yamaclarda bitir, işıqsеvəndir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Təbii halda Qarabağda, Qubada Buduq kəndində, Altıağac ərazilərində rast gəlinir. Nadir və nəsli təhlükədə olan növdür. Azərbaycanın "Qırmızı kitab"ına salınması vacibdir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tərkibində qatran vardır. Yaşıllaşdırmaya tətbiq olunmur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]