Çəkindirmə (ing. deterrence, containment) — 1940-cı illərdə amerikalı diplomat Corc Kennan tərəfindən hazırlanmış geosiyasi nəzəriyyə. Bu doktrina SSRİ-yə qarşı yönəlmişdi və ABŞ-ın dünyada siyasi-iqtisadi hegemonluğunun zəruriliyi uğrunda mübarizəsini əks etdirirdi.[1] Çəkindirmə nəzəriyyəsinin əsas müddəaları XXI əsrdə aktuallığını qoruyub saxlayır, çünki nüvə silahı hələ də dünya siyasətində mühüm rol oynayır və Rusiya və ABŞ- ın hərbi doktrinaları əsasən onların “çəkindirici amil” kimi istifadəsinə əsaslanır”.