Çələbi Mehmed Mədrəsəsi və ya Sultaniyə Mədrəsəsi — 1414-1415-ci illərdə Osmanlı sultanı I Mehmedin əmri ilə Mehmed Memişoğlu Əbubəkr tərəfindən inşa edilən mədrəsə. Mədrəsə Amasyanın Merzifon dairəsinin mərkəzində yerləşir. Mədrəsənin ilk müdərrisi isə Mehmed Çələbidir. Bina Çələbi Mehmed Mədrəsəsi Məscidinin yanında yerləşir.
Çələbə Mehmed Mədrəsəsi | |
---|---|
türk. Çelebi Mehmet Medresesi | |
40°52′26″ şm. e. 35°27′41″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | Amasya |
Yerləşir | Merzifon |
Əsas tarixlər | 1414-1415 |
Üslubu | mədrəsə |
Material | kərpic |
Vikianbarda əlaqəli mediafayllar |
Binanı memarlıq tarixi baxımından araşdıran ilk şəxs Qabriel adlı bir professordur.[1] Professorun 1930-cu ildə binada aparılan araşdırmalarına görə, kitabənin inşa tarixi 1414-1415-ci (H.817) illərdir. Mədrəsənin böyük giriş qapısı var. Girişdəki orijinal qapılar Ankara Etnoqrafiya Muzeyində saxlanılır. Bu gün isə giriş qismində Merzifon Bələdiyyəsinin daha sonra inşa etdirdiyi orijinal qapılara bənzəməyən qapılar yer alır.[1] Giriş qapısının üstündə 1866-cı ildə Amasya mütəsərrifi Ziya Paşa tərəfindən inşa etdirilmiş saat qülləsi var.[2] Mədrəsə kvadrat planlı, yonulmuş daşdan tikilmişdir. Binanın daxilində 20 hücrə var.
Mədrəsə 1418-1419-cu illər ərzində Emin Onuroğlu Əli bəy tərəfindən təmir edilmişdir.[2] Bina 1950-ci illərdə uşaq və xalq kitabxanası, bələdiyyə deposu, musiqi dərsxanası, sonrakı illərdə də toy salonu və Quran kursu kimi müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Hal-hazırda isə sosial və bədii fəaliyyətlərin həyata keçirildiyi yerdir.[1]
Ziya Paşa Amasya mütəssərrifi olduğu illərdə 1866-cı ildə binanın giriş qapısı üzərində inşa edilən saat qülləsi silindrik quruluşa və siferblat isə dairəvi quruluşa sahibdir.[3][4]