Çərkəz Məcid

Məcidov Çərkəz Müğdət oğlu (Çərkəz Məcid) — şair, yazıçı, tənqidçi.

ÇƏRKƏZ MƏCİD
Çərkəz Müğdət oğlu Məcid
Doğum tarixi
Doğum yeri Böyük Mərcanlı, Cəbrayıl
Vəfat tarixi (51 yaşında)
Vəfat yeri Cəbrayıl
Vəfat səbəbi Beyinə qan sızma
Fəaliyyəti şair

Çərkəz Məcid 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1956). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1956-1960). Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlamışdır. Bədii yaradıcılığa erkən başlasa da, 60-cı illərdən dövri mətbuatda öz şeirləri ilə çıxış etmişdir. Onun poeziyasında uşaq şeirləri başlıca yer tutur: "Ağ çiçəklər" (1973), "İşıq telləri" (1984) şeir topluları bu cəhətdən diqqəti cəlb edir. Doğma yurda bağlılıq, vətən sevgisi, təbiətin əsrarəngiz gözəlliklərinə məhəbbət, ülvi təmizliyə, saflığa və doğruluğa çağırış onun doğma mövzuları olmuşdur. Yeri gəldikcə, özbaşınalığı, haqsızlığı və yaramaz halları satira atəşinə tutub ifşa etməkdən çəkinməmişdir. Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda qeyrətlə mübarizə aparmışdır. Bu göstərdiyi prinsipiallığına görə dövrü mətbuatında onun şeir və yazılarını o vaxtdaki yerli hakimiyyət çap etməyə böyük manələr yaradırdı. Ona görə çox çətinliklərlə yalnız 2 uşaq kitab çap etdirə bilmişdi.

1989-cı ilin 6 yanvarında müəllimlərin Cəbrayıl rayonunda keçirilən müşavirəsində yaltaq sifətlilərin sovet başdılarının ona qarşı öyrədilmiş qərəzli çıxışlarından sonra çıxış etmək üçün tribunaya çıxmış əsəbi gərginlikdən sonra kəskin tənqidi çıxış etdiyi zaman beyininə qan sızma baş vermişdi. Xəstəxanaya yerləşdirildi və 3 gün sonra vəfat etdi.