Böyük Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Böyük Mərcanlı | |
---|---|
39°21′40″ şm. e. 47°14′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 300 m |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində kənd işğaldan azad edilmişdir.[2]
Araz çayının sol sahilindən 2 km aralı, düzənlikdədir. Keçmiş adı Mərcanlı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Qarabağ xanı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmuş Lənbəran kəndindən (Bərdə rayonu) köçürülmüş mərcanlı nəslinə mənsub ailələr Maralyan kəndinin ərazisində salmışlar. Sonralar Mərcanlı kəndindən köçən bir qrup ailə Yuxarı Mərcanlı kəndinin əsasını qoydular. Qarşılığı Cocuq Mərcanlı olmuşdur.[3]
Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəbrayıl rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |