Çətirvari iydə
Çətirvari iydə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Çətirvari iydə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Şərqi Asiyadır.
Hündürlüyü 4 m-ə çatan ağac və ya koldur. Yarpaqları ellipsvarıdır, uzunluğu 4–8 sm, eni 1–2 sm-dir. İyunda çiçəkləyir, 9 yaşından meyvə verir, meyvələri oktyabrda yetişir. Qışa orta dərəcədə davamlıdır. Toxumları 4 ay müddətində 5 °C temperaturda qumda və ya torfd stratifikasiya olunur. Abşeronda vegetasiya müddəti aprelin ortalarından oktyabra qədər davam edir. Səpin dərinliyi 2,0–2,5 sm-dir, becərilməsi üçün optimal temperatur 20–27 °C-dir.
Torpağa tələbkar deyildir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır. Quraqlıqsevəndir.
Böyük Qafqazda rast gəlinir.
Canlı çəpərlərin salınmasında, qida sənayesində geniş istifadə olunur.