Çakarov zirvəsi (bolq. Чакъров връх, ‘Chakarov Vrah’ \cha-'k&-rov 'vr&h\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən şimalda yerləşən, 650 m hündürlüklü qaya zirvəsidir. Zirvə Punçboul buzlağından qərbdə yerləşmişdir. Poybrene yüksəkliyinə daxildir.[1]
Zirvə İlk Bolqarıstanlı Antarktida kampaniyasının yaradıcısı və mühəndis Asen Çakarovun adını daşıyır.
Çakarov zirvəsi 65°08′50″ c. e. 61°54′54″ q. u.HGYO koordinatlarında yerləşmişdir. Ravnoqor zirvəsindən 2.95 km şimal-qərbdə, Kaloyanov zirvəsindən 3.94 km şimal-qərbdə, Sent Sava zirvəsindən 3.8 km cənub-qərbdə, Andreyev nunatakından 4.7 km şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.