Qreyam Torpağı (ing. Graham Land) — Antarktik yarımadasının şimal sahili boyunca Ceremi burnu ilə Eqessiz burnu arasında yerləşir. Onun uzunluğu 1200 km, qərbdən şərqə eni isə 200 km təşkil edir. Yarımadanın şimal hissəsi Qream Topağı (68 - 63-cü paralelər arası), cənubu isə (74 - 68-ci paralellər arası) Palmer Topağı adlanır.
Qreyam Torpağı | |
---|---|
ing. "Graham Land" | |
66°00′ c. e. 63°30′ q. u.HGYO | |
Ölkə | Antarktida |
Vikianbarda əlaqəli mediafayllar |
Qreyam Torpağının şimal hissəsi 130 km məsafədə Triniti yarımadası adlanır. Qreyam Torpağının şimal nöqtəsi Praym-Hed burnudur. Burun həm də Antarktida materikinin ən ucqar şimal nöqtəsi hesab edilir. Bura Cənubi Amerikaya ən yaxın ərazidir. Qreyam Torpağı qərbdən Bellinshauzen dənizi, şimaldan Skotia dənizi, şərqdən isə Ueddell dənizi ilə əhatələnir. Qreyam Torpağı cənubdan Palmer Torpağı ilə sərhədlənir.
Topaq ilk dəfə 1832-ci ildə Britaniya Antarktika ekspedisiyasının rəhbəri Con Bisko[1] tərəfindən Ceyms Qreyamın şərəfinə adlandırılmışdır. 1934-1937-ci illərdə səmadan aparılan çəkilişlər onu göstərmişdir ki, ərazi heç də ayrı bir ərazi deyil[2]. 1961-ci ilə qədər SSRİ, Almaniya və Böyük Britaniya coğrafi xəritələrində ərazi Antarktik yarımadası, ABŞ xəritələrində Palmer Torpağı, Çililərin xəritəsində Berbardo O'Hiqqins Topağı, Argentinaya məxsus xəritələrdə isə San-Martin Torpağı adlandırılırdı. Sakit okean elmi konfransında ərazi Qreyam Topağı olaraq adlandırılır.
Siyasi baxımdan bölgə mübahisəli ərazi kimi qeydə alınmışdır. Əraziyə 1908-ci ildən Böyük Britaniya, 1940-cı ildən Çili, 1943-cü ildən isə Argentina iffia edir. 1961-ci ildə qəbul olunan Antarktida haqqında konvensiyaya görə bütün iddualar dondurulmuşdur[3].
Qreyam Torpağı və onun yaxınlığında yerləşən adalarda dünyanın bir çox ölkələrinin qütb stansiyaları fəaliyyət görtərir. Stansiyalara misal kimi General-Bernado-O'Hiqqins (Çili), Bellinshauzen (Rusiya), Komandante Ferras (Braziliya), Rotera (Böyük Britaniya), San-Martin (Argentina), Marambio (Argentina), Esperansa (Argentina), Kapitan-Artura-Prat (Çili), Аrstovski (Polşa), Palmer (США), Çançen (Çin), Akademik Bernadski (Ukrayna).
Argentinaya məxsus olan «Esperansa» stansiyasında 1978-ci ildə Antarktida tarixində ilk dəfə insan doğulmuşdur (Emilio Palma)[4].