Çako Milli Tarix Parkı (ing. Chaco Culture National Historical Park) — 137 kvadrat kilometr ərazini əhatə edir[1] və arxeologiya baxımından Şimali Amerikanın ən vacib ərazilərindən biri hesab olunur[2]..
Chaco Culture | |
Ölkə | США |
---|---|
Tip | Культурный |
Kriteriya | iii |
Keçid | 353 |
Daxil edilməsi | 1987 (11 sessiya) |
|
|
Nyu-Meksiko ştatının şimal-qərbində, Albukerke və Farminqton şəhərləri arasında, Çako Kanyonunda yerləşir.
Bu diyarda məskunlaşan insanlar, tarixinin 1800-cü ilə qədər olan dövrünün bölgənin ən kütləvi tikililərini yaratmışlar[3]. Çako Anasazi mədəniyyətinin və ya qədim pueblo xalqının (navaxo dilində “anasazi” sözü “əcdadlar” mənasını verir) çiçəklənmə dövrünün mərkəzi idi[3]. Ərazi ümumilikdə səhralıq olsa da, kanyonun ərazisində həyat bütün sürətiylə davam edirdi. Yerli sakinlər, içərisində geniş otaqları olan nəhəng qüllələr (pueblos) ucaldırdılar, onların ətrafında isə kiçik yaşayış məntəqələri yarandı. Bu tikinti sistemi bütün bölgənin əlamətdar xüsusiyyətinə çevrilmişdi. Yerli tikililərin memarlığının əsas elementləri daş divarlar, çay daşlarından bünövrələr və iti daşlardan hazırlanmış xarici üzlüklər idi. Bu, o dövr üçün xarakterik olmayan. hündürlüyü dörd mərtəbədən artıq olan binalar yaratmağa imkan verirdi[3]. 1980-ci illərin əvvəllərində Çako Kanyonunu Araşdırma Mərkəzi ərazinin aerofotoşəkli, torpaq tərkibinin təhlili və infraqırmızı termoqrafiya da daxil olmaqla bir çox araşdırma apardılar[3]. Əldə edilən məlumatlar göstərdi ki, eni 6 metrə qədər olan yollar ərazinin relyefindən asılı olmayaraq, yalnız düz xətlidir. Belə yolların konfiqurasiyası bir çox cəhətdən İngiltərədə və Perudakı Naska səhrasında tapılan sirli xətləri xatırladır[3]. Bəlkə də bu cür tikililərin dini əhəmiyyəti nəqliyyatdan qat-qat yüksək imiş. Çako Kanyonu 1907-ci ildən milli abidə, 1980-ci ildən isə tarixi park statusu alıb[3].