Çakreşvari-Siva (hind. चक्रेश्वरी शिव, oriya ଚକ୍ରେଶ୍ଵରୀ ଶିବ) — Hindistanın Orissa ştatının Bhubaneşvar şəhərində yerləşən hindu məbədi. Məbəd X–XI əsrlərdə tikilən məbəd, hindu tanrısı Şivaya həsr olunmuşdur. Məbud linqam məbədin içərisində, dairəvi bir yoni-pithada yerləşir. Məbəd şəxsi yaşayış tikililəri ilə əhatə olunmuşdur. Məbəd böyük əhəmiyyət kəsb edir. Buna görə də, Sivaratri, Divali və Sankranti kimi müxtəlif rituallar burada müşahidə olunur. Məbəd həmçinin, Rudrabhiseka və Çandrabhiseka mərasimləri üçün müqəddəs bir yerdir.[1]
Hinduizm | |
Çakreşvari-Siva | |
---|---|
oriya ଚକ୍ରେଶ୍ଵରୀ ଶିବ | |
Din | |
İlahi gücü | Şiva |
Yerləşməsi | |
Ölkə | Hindistan |
Bölgə | Orissa |
Şəhər | Bhubaneşvar |
Memarlıq | |
İnşa tarixi | X – XI əsr |
Üslubu | Kalinqa memarlığı |
|
Məbəd alçaq bir platformada yerləşir. Plana əsasən məbədin vimanası və rekonstruksiya edilmiş bir giriş eyvanı var. Vimana (azərb. ibadətgah) pançaratha və giriş eyvanından ibarətdir. Yüksəkliyində, vimana rekha qaydası ilə pabhaqadan kalasaya qədər uzanır. Aşağıdan yuxarıya məbədin badası, qandisi və mastakası var. Məbəddə 3 mərtəbəli bada, yəni triaqa bada var. Məbədin aşağı hissəsində yerləşən pabhaqanın dörd qəlibləməsinin xura, xumba, pata və basantası var.
Lalatabimbada, Qaca-laksminin həmişəki yerində, dörd-qollu hindu tanrısı Qaneşanın heykəli var. Lalatabimba Qaneşa və Sarasvatinin rəsmləri ilə əhatə olunmuşdur. Məbədin qarşısında, Parvati və Kartikeyanın şəkilləri, cənubunda isə bir amlaka daşı var.
Qapının yan taxtaları xaricdən və daxildən puspa saxa, nara, saxa və patra saxa kimi manuskript əsərlərdən ibarət üç şaquli zolaqla bəzədilmişdir. Qapının yan taxtalarının təməlində, hər iki tərəfdə də dvarapala nişləri var. Nişlər sağ əllərində trident, sol əllərində isə varada saxlayan iki-əlli Saivite dvrapala saxlayır. Qapının yan taxtalarının üzərində yerləşən arxitrav nişli Navaqrahalarla gözəl şəkildə oyulmuşdur. Surya əllərində bir şanagüllə, Rahu aypara, Ketu isə ilan quyruğu saxlayır.