Sarasvati (Sanskritcə: सरस्वती) - Hinduizmdə Bilik, Musiqi və İncəsənət ilahəsi. Dörd əlli və qu quşuna minmiş gözəl qadın şəklində təsvir olunur. Hindistandan İndoneziyaya uzanan coğrafi regionda, Sarasvati rəsmləri və heykəlləri müəyyən qədər fərqlilik göstərir. Belə ki, bəzən o Tovuz quşu ilə birlikdə və Lotos çiçəyinə oturmuş vəziyyətdə, bəzən də sol ayağı azacıq yuxarı qalxmış rəqs edən vəziyyətdə təsvir olunur. Lotos çiçəyi Üstün Həqiqətin, Ağ Lotos isə Üstün Biliyin simvoludur. Sarasvatinin rəqsi adətən yer kürəsinin fırlanmasını simvolizə edir. Hindu dinindəki ən ekzotik ilahədir.
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.