Çaltəhər çubuqluca

Çaltəhər çubuqluca (lat. Philadelphus incanus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü.

Çaltəhər çubuqluca
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Yabanı halda Çində yayılmışdır. Qərbi Avropa və Şimali Amerikada mədəni halda becərilir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3-5 m olan koldur. Zoğları az tüklü, sonradan çılpaqlaşır. Qabığı yaşlı budaqlarda qonur, çatlayan və soyulandır. Yarpaqları uc tərəfdən sivri, qaidəsi enli-pazvari və ya dairəvi, kənarları boz qılçıqlarla örtülmüşdür. İyun ayının ortalarında çiçəkləyir. Çiçəkləri ağ, qoxusuz, diametri 2,5-3 sm olub, 5-7 ədədi çiçək salxımında toplanmışdır. Kasayarpaqları sıx, boz tüklü, ləçəkləri enli, ellips formalı, sütuncuğu əsasında çılpaq, yarıya qədər bitişik olur. Meyvələri avqust ayında yetişir. 1895-ci ildə introduksiya edilmişdir. Yaxşı çiçəkləyir və toxum əmələ gətirir. Yaz səpinində toxumları yaxşı cücərir, Yazda əkilən yaşıl qələmləri 100%-ə qəqər kök atır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Az kölgəli və işıqlı yerlərdə əkilməyə yararlıdır. Qışa davamlıdır, ancaq çox soyuq qış aylarında cavan əkinlər dona bilər. Yüngül, hava və suyu yaxşı keçirən gillicə torpaqlar yararlıdır. Yay ərzində torpaq bellənir, alaqlar təmizlənir, suvarılır. Bakının bağ və parklarında normal inkişaf etmək üçün müntəzəm suvarılmaya ehtiyacı vardır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda bəzi rayonlarda mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tək və qrup əkinlərində, çay kənarlarında əkilməsi məqsədyönlüdür.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.