Min sülaləsi


Min sülaləsi — 1368-1644-cü illərdə Çində iqtidarda olmuş sülalə.

Tarixi dövlət
Min sülaləsi
明朝
Gerb
Gerb
 
 
1368 — 1644

Paytaxt Pekin
Dilləri Çin dili
Rəsmi dilləri Çin dili
Dövlət dini buddizm, Daosizm, Konfutsiçilik
Valyuta Bimetallizm
Ərazisi 6,500,000 km²
Əhalisi
  • 51.655.459 nəf. (1620)
İdarəetmə forması Monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Min sülaləsi 1368-1644-cü illərdə Çində hakimiyyətdə olmuşdur. Bu sabitlik, firavanlıq və Çinin Şərqi Asiyada təsirinin bərpası dövrü idi. Ədəbiyyat, elm və incəsənət bu dövrdə yenidən inkişaf etməyə başlamışdı. İmperiya birbaşa hökumətə tabe olan qubernatorların idarə etdiyi 15 əyalətə bölünmüşdü. İmperator Tay-tszu, hökuməti Tan sülaləsi prinsiplərinə uyğun qurmuşdu. O, konfutsi ideyalarına qayıdış elan edərək hakimiyyətin mərkəzləşməsinə çalışırdı. Tay-tszu dövlət işlərini təkbaşına həll etmək istəyirdi, lakin onun buna gücü yetmədi. Buna görə də o, ətarfına vicdanlı məmurları yığıb Böyük katiblik yaratmalı oldu. İnzibati aparat dövlət imtahanı əsasında formalaşırdı.

İmperator Çju Dinin (1402-1424) portreti

Tay-tszunun əmri ilə bütün ölkədə qəza, mahal və vilayət məktəbləri yaradıldı. Bu məktəblərin daha qabiliyyətli şagirdləri paytaxt məktəbinə - Qotszıtszyana üz tuturdular. Bu məktəbinməzunları dövlət imtahanı verməyə buraxılırdılar. Bundan əlavə əyalətlərdə ilkin imtahan vermiş şəxslər də imtahanlardan keçə bilərdilər.

1385-ci ildə "məmur istehsalı" sistemində köklü dəyişikliklər edildi. Əgər sınaqdan keçən şəxs imtahanlarda birinci və ya ikinci dərəcəli tszinşi kateqoriyası alırdısa, onu Xanlin Akademiyasında xidmətə göndərirdilər ki, buradan da o, yüksək dövlət vəzifəsinə təyin oluna bilərdi. İmperator Çju Yuançjanın bu və digər islahatları ona gətirib çıxardı ki, onun hakimiyyəti dövründə dövlət imtahanlrı düz XX əsrin sonuna qədər demək olar ki, dəyişiklikliyə uğramadan fəaliyyət göstərən sistem şəklini aldı. Nankindəki ilk paytaxt Çinin iqtisadi cəhətdən uzaq rayonunda idi. Buna görə də vətəndaş müharibəsindən sonra taxt-tacı ələ keçirmiş imperator Çen-tszu (Yun Le) 1421-ci ildə paytaxtı Nankindən Pekinə köçürdü. Onun rəhbərliyi altında Qapalı şəhər kimi də məşhur olan imperiya sarayı tikilmişdi.

Min dövrünün ikinci yarısında avropalılarla əlaqələr qurulmağa başladı. Monqolların hakimiyyəti zamanı çinlilərin alçaldılması ilə bağlı xatirələrə üstün gəlmək üçün Min imperatorları əcnəbi olan hər şeyə yuxarıdan baxırdılar. XVI-XVII əsrlərdə avropalı tacirlər Çinə səfər etdikdə Min hökmdarları onlarla tabeliyində olan şəxslər kimi davranırdılar. Bundan başqa, çinlilər belə hesab edirdilər ki, avropalıların ticarət fəaliyyəti qaçaqmalçılıq və dəniz quldurluğu ilə bağlıdır. Çinlə ilk əlaqələri portuqallar qurmuşdular. 1517-ci ildən başlayaraq portuqal tacirlər bir sıra sahilboyu şəhərlərdə öz məskənlərini salmağa başladılar. Lakin Çin hakimiyyəti 50 ildən sonra bu məskənlərdən Quançjou yaxınlığında olan yalnız bir portuqal koloniyası Makaonu saxlamışdılar. 1624-cü ildə hollandlar Tayvanı tutur. 1582-ci ildə italiyalı yezuit-missioner Matteo Riççi (1552-1610-cu illər) Makaoya gəlir. Sonralar o, çinlilər tərəfindən qəbul edilir və Pekində daimi yaşamağa icazə verilmiş ilk əcnəbi olur. 1628-ci ildə şimal-qərbdə mülkədar ailəsindən olan Li Tszıçenin başçılığı altında qiyam qalxır. 1642-ci ildə Li Tszıçen Çinin şimalının hakimi olur, 1644-cü ildə isə o, Pekini tutur. Sonuncu Min imperatoru özünü asır. Qiyamı yatırmaq məqsədilə Min generalı U Sanquy kömək üçün Mancurlara müraciət edir, onlar XVII əsrin birinci yüzilliyində Tsin ("Saf") dövləti yaratmışdılar ki, buna da Abaxay xan başçılıq edirdi. Mancurlar qiyamşçılara divan tutub Abaxay xanın oğullarındanbirini Çin imperatoru elan etdilər və bunula da yeni Tsin sülaləsinin əsasını qoydular.


Çin tarixi
Çin tarixi
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası
Dao  • Daosizm  • Leqizm  • Tao Te Çinq  • Konfutsiçilik  • Kon Fu Dzı  • Lao-tszı  • Moizm  • Mo-tszı  • İn və Yan  • Li  • 36 stratagem  • Citkundo  • Kunq-fu  • Tay çi çuan  • Uşu  • Vin Çun  • Dim Mak  • Şaolin
Üç hökmdar və beş imperator
Sya sülaləsi
Şan sülaləsi
Çjou sülaləsi
Şərqi Çjou Yaz-Payız
Döyüşən çarlıqlar

Xəta: Şəkil etibarsızdır və ya mövcud deyil.

Sin sülaləsi
Çu sülaləsi — qarışıq dövr
Han sülaləsi
Qərbi Han
Sin sülaləsi, Van Man
Şərqi Han
Üç çarlıq
Vey
Şu U
Qərbi Çzin
16 barbar Şərqi Çzin
Cənub və Şimal sülalələri
Suy sülaləsi
Tan sülaləsi
Çin Respublikası


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]