Çanqaya köşkü — Türkiyənin paytaxtı Ankarada yerləşən və siyasi-mədəni əhəmiyyətə sahib memarlıq nümunəsidir
Çankaya köşkü | |
---|---|
39°53′21″ şm. e. 32°51′52″ ş. u.HGYO | |
Ölkə | |
Tikilmə tarixi | 1932 |
Memar | Vədat Tək |
Vikianbarda əlaqəli mediafayllar |
Bu köşk uzun illər Türkiyə Cümhuriyyəti rəhbərlərinin iqamətgahı olmuşdur. Köşk Qızılay meydanından 5 km. Şərqdə və 1.77 km² ərazidə yerləşir. İctimaiyyətə bağlıdır.
Atatürk muzey köşkü kimi tanınan və kompleksə daxil olan ilk tikilidir.
Ankarada yaşayan bir erməni tacir tərəfindən XIX əsrin sonlarında tikilmişdir. Şəhərin varlı ailələrindən olan Bulgurzadələrin əlinə keçən bağevi Kasapyan köşk adı ilə tanınır. Köşk Atatürkə hədiyyə olaraq verilir. Belə ki, Ankara Müftisi Rüfət Əfəndinin səyləri nəticəsində əhali arasında 4500 türk lirəsi yığılaraq köşk Bulgurzadələrdən alınır və Mustafa Kamala hədiyyə edilir.
Mustafa Kamal Atatürk burada 1921–1932-ci illər arasında yaşayıb. Həmçinin anası Zibeydə xanım və həyat yoldaşı Lətifə xanım da burada qalmışlar. Binanın bugünkü halına gəlməsi isə 1924-cü ildə memar Vedat və memar Arif Hikmətin etdiyi əlavələrin nəticəsində mümkün olmuşdur.
Mustafa Kamal Atatürk bu köşkdə bütün xarici və daxili qonaqları qəbul etmişdir.