Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Çapayev və boşluq — yazıçı Viktor Pelevinin 1996-cı ildə yazdığı roman
1996-cı ildə yazılmış "Çapayev və Pustota" romanı haqqında müəllifin özü deyir: "Bu əsər dünyada hadisələrin tamamilə boşluqda baş verdiyi ilk ədəbiyyat nümunəsidir". Əslində isə hadisələr 1919-cu ildə Çapayevin diviziyasında baş verir. Əsərin prataqonisti Pyotr Pustota bu diviziyada komissar olaraq xidmət edir və eyni zamanda bugünkü günlərdə və Pelevinin virtual fəzasında mövcudiyyətini sürdürərək "Kavabata", "Şvaşneqr" və "Sadəcə Mariya" ilə görüşür. Tənqidçilərin fikrinə görə, "Çapayev və Pustota" rus ədəbiyyatında ilk den-buddist romandır. Roman 2001-ci ildə ingiliscə tərcümədə - "The Clay Machine-Gun" ("Глиняный пулемет") Dublin ədəbiyyat mükafatının finalına çıxmışdır
Mənim iradəmlə qürub edən günəşə doğru yarışa çıxmış atların üzünə və insanların sifətinə - ucsuz-bucaqsız canlı axıntıya baxa-baxa tez-tez düşünürəm: bəs bu axıntıda mən haradayam? – Çingiz xan
Prinsip etibariylə roman iki hissədən ibarətdir: 1919-cu illərdə cərəyan edən hadisələr və 1990-cı illərin əvvəllərində psixiatrik klinikada cərayan edən hadisələr. Roman Vasili Çapayev və Pyotr Pustota kimi iki şəxsiyyətdən bəhs edir. Digər ikinci planda olan obrazlar, bilavasitə Rusiyanın gələcəkdə baş verəcək qərblə alximik nigahını simvolizə edən aspektlərdir. Romanda demiurq kimi motiv də yer alıb. Roman ilk cümlələrindən hiss olunur ki, Pyotr Pustota aydınlanmaq istəyən birisidir. Belə ki, Pyotr əslində iki dünyada yaşayır və o, inanmaq istəyir ki, 1919-cu illərdə baş vermiş hadisələr realdır, amma psixiatrik klinikada baş verənlər isə real deyil. Çapayev isə onu inandırmağa çalışır ki, hər iki dünya yuxudur. Sonda isə Çapayev Pyotra aydınlanmaqda kömək etdi. Hansının yuxu hansının real olmasını isə oxucu özü müəyyənləşdirə bilər. Qaldı ki, mənə, mən Çapayevlə razıyam
Biz nə görürüksə, Petya, o bizim şüurumuzdadır. Ona görə də şüurun hardasa olduğunu söyləmək mümkün deyil. Biz ona görə heç yerdəyik ki, bizim harda olduğumuzla əlaqədar deyə biləcəyimiz başqa yer yoxdur. Bax ona görə də biz heç yerdəyik
Bu dünya realdır, yoxsa bu sadəcə uşaqlıqdan etibarən bizə öyrədilən vizualizasiyadır? Bax, bu sualların cavabını verməyə çalışan bir kitabla qarşı-qarşıyayam. Əvvəlcə vikipediyada Çapayev şəxsiyyətini az-çox araşdırdım ki, bəs kitabda şura hökumətinin qurulmasından bəhs ediləcək. Halbuki, tam fərqli mənzərə ilə qarşılaşdım. Kitabın süjeti ilə əlaqədar məlumat verdim. Qaldı ki, təəssüratlarıma, onu deyə bilərəm ki, Pelevinin digər kitabları kimi bu kitabından da öyrəndiyim şeylər çox oldu. Əlbəttə ki, sözün fəlsəfi mənasında.
Kitabın resepti sadədir.
Parıldayan və dəbdə olan nə varsa, hamısını qarışdıraq, bir az absurdizm əlavə edək, bir az tarixi və dini rəvayətlər də və lazımi temperaturda bişirək. Pelevinə xas bir xüsusiyyət var ki, əslində bir yazıçı kimi onu müəyyən qədər geri salır. Belə ki, onun yazdıqlarını müəyyən bir oxucu kütləsi başa düşür. Çünki yazdıqlarında kifayət qədər elə məqamlar var ki, onu başa düşmək üçün gərək bəzi şeyləri əvvəlcədən biləsən. Əslində bu normaldır. Bir digər xüsusiyyət isə: o, sizə elə təsir edə bilər ki, onun kitabında oxuduğunuz nə isə haqqında aylarca düşünə bilərsiz. Şəxsən mən Pelevinin yazdıqlarını unuda bilmirəm. Bu romanı oxuduqdan sonra Pelevini digər romanlarının məhz bu romandan ayrılma ideyalar əsasında yazıldığını da demək olar. İndiki ana aid olmayan şeylərlə başınızı yormayın. Haqqında danışdığınız o gələcəyə hər şeydən əvvəl gedib çatmaq lazımdır. Ola bilər ki, elə bir gələcəyə düşəsiz ki, orda heç bir Furmanov olmasın. Ola da ilər ki, elə..