Çarlestonda kilsəyə silahlı hücum

Çarlestonda kilsəyə silahlı hücum (ing. Charleston church shooting) — Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatının Çarleston şəhərində yerləşən Afrika Emanuel Metodist Kilsəsinə edilmiş silahlı hücum. Hücum zamanı kilsədə ibadət edən qara dərili şəhər sakinləri hədəf alınmış və nəticədə 9 nəfər öldürülmüşdür.[1] Öldürülənlərin arasında Cənubi Karolina ştatının nümayəndələr palatasının afro-amerikalı üzvü Klementa Pikneydə var. Ştat polisi tərəfindən aparılan axtarışlardan sonra cinayəti törətməkdə şübhəli bilinən Daylan Ruf adlı gənc hadisənin səhərisi günü Cənubi Karolinanın Şelbi şəhərində saxlanılmışdır.[2]

Çarlestonda kilsəyə silahlı hücum
Hadisənin baş verdiyi Afrika Emanuel Metodist Kilsəsi
Hücum yeri Çarleston, Cənubi Karolina
Vaxt 17 iyun 2015
təx. 09:05 (yerli vaxt)
Hücum üsulu atışma
Həlak olanlar 9
Yaralılar 1
Qatillər Daylan Ruf
  1. Payne, Ed. "Charleston church shooting: Multiple fatalities in South Carolina, source says". CNN. June 18, 2015. January 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 18, 2015.
  2. "Charleston church shooting suspect Dylann Roof in custody in NC". WIS. WorldNow and WISTV. June 18, 2015. January 31, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 18, 2015.