Çarlz Mürrey (Şotlandiya aktyoru)

Çarlz Mürrey (ing. Charles Murray; 1754[1][2][…]1821[1][2][…]) — Şotlandiya aktyoru.

Çarlz Mürrey
Doğum tarixi 1754[1][2][…]
Vəfat tarixi 1821[1][2][…]
Fəaliyyəti aktyor

Həyatı[redaktə | mənbəni redaktə et]

Liverpulda həvəskar olaraq oynadıqdan sonra Mürrey teatr rəhbəri Yanger tərəfindən York teatrına təqdim edilmişdir. Yorkda ilk dəfə peşəkar səhnədə Reymur adı ilə çıxış etmiş. 1776-cı ilin sentyabrında Veykfilddə bir meyxanada baş verən davadan sonra o, vəzifəsindən məhrum edilmişdir.[3]

Bir müddət sonra Mürrey öz adı ilə Norviçdə çıxış etmişdir. 8 oktyabr 1785-ci ildə ilk dəfə Batda çıxış etmişdir. Burada müxtəlif rollar canlandıraraq 1796-cı ilə qədər qalmışdır. Arvadı bəzən onunla birlikdə çıxış edirdi və 1 iyul 1793-cü ildə kiçik qızı Harriyet Mürrey səhnədə debüt etmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Charles Murray // British Museum person-institution thesaurus.
  2. 1 2 3 4 Swartz A. Charles Murray // Open Library (ing.). 2007.
  3. 1 2 Lee, Sidney, ed. (1894). "Murray, Charles (1754-1821) Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine" . Dictionary of National Biography. 39. London: Smith, Elder & Co.