Çartizm

Çartizm (ing. Chartism, charterxartiya sözündən [1]) — 1836—1848-ci illərdə İngiltərədə baş vermiş sosial və siyasi hərəkat.

İngiltərə 1825-1827-ci illərdə iqtisadi böhran keçirtmişdi. Böhrandan sonra başlanmış durğunluq 1832-ci ilədək davam etmişdi. 1825-ci ildə parlament qanunla tətilləri qadağan etmişdi. 1830-1832-ci illərdə ölkənin cənubunda kəndli hərəkatı gücləndi. Mübarizədə iştirak edən muzdurlar və yoxsul fermerlər kənd təsərrüfatı alətlərini məhv edirdilər. Seçki islahatı uğrunda mübarizə aparan burjuaziya bir sıra şəhərlərdə öz siyasi təşkilatlarını yaradırdı. 1829-cu ildə Londonda yaradılmış Milli Siyasət Assosasiyasına iri fabrik sahibi olan Pleys 1830-cu ildə Birmingemdə yaradılmış Siyasi İttifaqa bankir Arvud başçılıq etmişdi. Burjuaziya zəhmətkeşləri parlamentin yenidən qurulması uğrunda mübarizəyə cəlb etmişdi. Burjuaziyanın proqramı əmlak senzinin saxlanmasını nəzərdə tuturdu. Sənaye burjuaziyası azad ticarət siyasətinə keçilməsini və taxıl qanunlarının ləğvini tələb edirdi. 1830-cu ildə keçirilmiş növbədənkənar parlament seçkilərində Vigilər partiyası qalib gəldi. Ç.Qreyin başçılıq etdiyi yeni hökumət parlament islahatı haqqında qanun layihəsi hazırladı. Mühafizəkarlar və iri torpaq sahibləri parlament islahatının əleyhinə idi. 1832-ci ildə İngiltərə parlamenti seçki islahatı haqqında qanun qəbul etdi. Seçki islahatı 143 «çürük yerin» və «cib dairələrinin» ləğvini, həmin yerlərin sənaye şəhərlərinə və əhalisi sıx olan kəndlərə, İrlandiya və Şotlandiyaya verilməsini nəzərdə tuturdu. Yüksək əmlak senzi saxlandığına görə hətta xırda burjuaziya səsvermə hüququ almadı.İri və orta burjuaziya bərabərhüquqlu siyasi qüvvə kimi tanındı və parlamentli idarə sisteminin sosial bazası genişləndi. Sənaye burjuaziyası islahat ərəfəsində zəhmətkeşlərə verdiyi vədləri yerinə yetirmək fikrində deyildi. 1834-cü ildə parlament yoxsulların xeyrinə alınan vergini və işsizlərə hər cür yardımı qadağan edən qanun qəbul etdi. Parlament iş gününün azaldılması haqqında qanun qəbul etmədi. Ona görə fəhlələrin iqtisadi tələblərlə mübarizəsi davam edirdi. 1827-ci ildə tred-yunionların leqal fəaliyyətinə icazə verildi, həmkarlar ittifaqlarının sayı artdı, tred-yunionların fəaliyyətinin ölkə miqyasında əlaqələndirilməsinə cəhdlər göstərildi. 1834-cü ildə yaradılmış Böyük İstehsal İttifaqının üzvlərinin sayı 500 min nəfər idi. XIX əsrin 30-cu illərində İngiltərədə fəhlə hərəkatı gücləndi. Fəhlələr parlament islahatından narazı qalmışdı, hökumət fəhlələrin tələblərini nəzərə almırdı.

Birinci mərhələ (1836-1839)

[redaktə | mənbəni redaktə et]
Çartistlər

1836-cı ildə ölkədə yeni iqtisadi böhran başlanmışdı. 1836-cı ildə yaradılmış London Fəhlə Assosasiyasına U.Lovett və H.Heterinqton rəhbərlik edirdi. Yeni seçki islahatının keçirilməsi fəhlələrin əsas tələblərindən biri idi.

1838-ci ildə Fəhlə Assosasiyasının nəşr etdirdiyi «Xalq Xartiyası» adlı proqramda 21 yaşlı kişilər üçün ümumi seçki hüququ, seçki dairələrinin bərabərliyi, gizli səsvermə, parlamentin hər il seçilməsi, deputatlığa  namizədlər üçün əmlak  senzinin ləğvi və deputatlara  əmək haqqının verilməsi kimi tələblər öz əksini tapmışdı. Bu proqram məzmununa görə inqilabi xarakter daşıyırdı. Ölkə əhalisinin əksəriyyətini təşkil edən fəhlələr parlamentdə əksəriyyət təşkil etməklə sosial dəyişikliklər həyata keçirtmək istəyirdilər. Fəhlələrin xalq xartiyası uğrunda mübarizəsi İngiltərə tarixinə «çartizm» adı ilə daxil oldu.

Çartizm hərəkatında iştirak edənlərin sosial tərkibi müxtəlif idi. Belə ki, Fəhlə Assosasiyasına həm fəhlələr, həm də xırda burjuaziya daxil idi. Təşkilatda əksəriyyət təşkil edən xırda burjuaziya «mənəvi qüvvə» tərəfdarı olub xartiyanın təbliğinə üstünlük verirdi. Hərəkat iştirakçılarının əksəriyyəti dinc yolla mübarizə tərəfdarı idi. Onlar parlamentə petisiya verilməsini təklif edirdilər ki, orada xartiya  öz əksini tapmalı idi.

Çartizm hərəkatında iştirak edənlərin bir qismi irlandiyalı  Ferqus  O'Konnor başda olmaqla «mənəvi qüvvə» tərəfdarı idi. F.O Konnor çartistlərin əsas qəzeti olan «Şimal Ulduzunun» naşiri idi və 1838-ci ildə Böyük Şimal İttifaqını yaratmışdı. Mənəvi qüvvə təmsilçiləri yalnız zəruri hallarda radikal mübarizə metodlarına tərəfdar idi.

Çartizm hərəkatının sol qanadını jurnalist C.Qarni başda olmaqla fəhlələr təşkil edirdi. C.Qarni 1838-ci ildə «Demokratik Assosasiya» adlı təşkilat yaratmışdı. Təşkilata metallurgiya zavodlarının, toxuculuq fabriklərinin fəhlələri daxil idi. C.Qarni «fiziki qüvvə» tərəfdarı idi və inqilabi mübarizəni xartiyanın qəbuluna nail olmağı zəruri şərti hesab edirdi.

Çartistlər ölkənin hər yerində xartiyanın xeyrinə təbliğat aparırdılar, izdihamlı mitinq və nümayişlər keçirilirdi.  F.O'Konnor və C.Qarni həm yaxşı natiqlik qabiliyyəti, həm də hərarətli çıxışları ilə böyük şöhrət qazanmışdı, həm də fəhlələrdə öz qələbələrinə inam yaradırdılar.

1839-cu ilin fevralında Londonda çartistlərin Milli konventi keçirildi. «Mənəvi qüvvə» tərəfdarları hesab edirdilər ki, konventin vəzifəsi «Xalq Xartiyası»ni əsaslandırmaq üçün petisiya hazırlamaqdan ibarətdir. «Fiziki qüvvə» tərəfdarları hesab edirdilər ki, konvent mübarizəyə rəhbərlik etməli və petisiya parlament tərəfindən qəbul edilənə qədər fəaliyyətini davam etdirməlidir. Parlamentin petisiyanı qəbul etmədiyi halda «fiziki qüvvə» tərəfdarlarını hazrıladığı plana görə ümumi tətil keçirilməli, fəhlələr əmanət kassalarından pullarını götürməli, xalq  parlamenti seçilməli idi.

1839-cu ilin iyulunda 1280 min nəfər tərəfindən imzalanmış petisiya parlamentə təqdim edildi. Parlament petisiyanı müzakirə üçün qəbul etmədi. Milli konvent isə  nəzərdə tutulmuş tədbirləri həyata keçirə və əhalini xartiyanın müdafiəsinə təşkil edə bilmədi. Konventin çağırışı ilə Mançestr və şəhərlərinin toxucuları tətil etmişdi. 1838-ci ilin noyabrında Uelsdə 3 min şaxtaçı üsyan etmişdi. Hökumət silahlı qüvvə vasitəsilə üsyanı yatırdı və çartistlərə qarşı cəza tədbirlərinə başladı. Lakin hərəkatın qarşısını almaq mümkün olmadı. 1840-cı ildə Milli Çartist Assosasiyası  yaradıldı. İngiltərə və dünya tarixində ilk kütləvi fəhlə partiyası sayılan Milli Çartist Assosasiyasının 50 min nəfər üzvü var idi.

İkinci mərhələ (1840-1848)

[redaktə | mənbəni redaktə et]

1842-ci ildə fəhlə hərəkatının artması həm də ölkədə iqtisadi tənəzzüllə bağlı idi. 1842-ci ilin aprelində çağırılmış konvent yeni petisiyanın hazırlanması ilə məşğul olmalı idi. Yeni petisiyada əmək haqqının artırılması, yoxsullar haqqında 1834-cü il qanununun ləğvi və vergilərin azaldılması kimi tələblər öz əksini tapmışdı. Konventdə çartistlər hökumətin siyasətini tənqid edir, İngiltərə ilə İrlandiya arasında uniyanın ləğvini tələb edirdilər. Çartistlər tred-yunionlara mübarizəyə qoşulmağı təklif etdilər.

İkinci petisiyanı 3 milyon zəhmətkeş imzalamışdı. 1842-ci ilin mayında çartistlər petisiyanı parlamentə təqdim etməyə cəhd etdilər. Parlamentin qarşısında izdihamlı nümayiş keçirildi. Lakin çartistlərin nümayəndələri parlamentə buraxılmadı.

İngilətərdə fəhlə hərəkatı daha da gücləndi. 1842-ci ilin yayında İngiltərənin mərkəz və şimal rayonlarında və Şotlandiyada  şaxtaçılar və toxucular tətil etmişdi. Tətillər siyasi xarakter daşıyırdı. Fəhlələr bir şəhərdən digərinə yürüş edir, fabriklərə hücum edirdilər. Bir sıra şəhərlərdə fəhlələrin ordu və polislə toqquşması olmuşdu.

1842-ci ilin yazında İngiltərədə fəhlə hərəkatı zəiflədi, mübarizəyə mötədil çartistlərin təsiri artdı. 1845-ci ildə F.O'Konnor Torpaq Cəmiyyəti adlı təşkilat yaratmışdı. F.O'Konnor hesab edirdi ki, fəhlələrin kəndə qayıtması yolu ilə sosial problemləri həll etmək olar. 1847-ci ildə F.O'Konnor   parlamentə deputat seçildi və ölkə tarixində parlamentdə fəhlələrin ilk təmsilçisi oldu.

Çartistlərin bir qismi torpaqların milliləşdirilməsini təbliğ edirdi. Fəhlələrin bir qismi burjuaziyanın taxıl qanunlarının ləğvinə yönəlmiş tələblərini müdafiə edirdi. 1838-ci ildə Mançestrdə sənayeçilərin yaratdığı «Taxıl qanunlarına» qarşı Liqanın əsas tələbi azad ticarət prinsipinə keçilməsi idi.  Əhalini öz tərəfinə çəkmək üçün liqa «ucuz taxıl» şüarını irəli sürmüşdü. R.Pilin başçılıq etdiyi mühafizəkar hökumətin təşəbbüsü ilə 1846-cı ildə «Taxıl qanunlarını» ləğv edildi. Lendlordlar  «Taxıl qanunları» ləğv edilməsinin əleyhinə idi.

Sol çartistlərin rəhbərləri F.Engelslə və K.Marksla əməkdaşlıq edirdi. 1845-ci ildə sol çartistlər digər ölkələrin inqilabçı demokratları ilə birlikdə Londonda «Qardaş Demokratlar» adlı beynəlxalq cəmiyyətin yaradılmasında iştirak etmişdi. Sol çartistlərə rəhbərlik edən C.Qarni və E.Cons 1847-ci ildə Kommunistlər İttifaqına daxil olmuşdu.

1847-ci ildə İngiltərədə iqtisadi böhran başlandı. İqtisadi vəziyyətin ağırlaşması fəhlə hərəkatına təkan verdi. İrlandiyada  azadlıq hərəkatı gücləndi. İrlandiya inqilabçı-demokratları çartist  hərəkatının rəhbərləri ilə əməkdaşlıq edirdi. Avropa ölkələrindəki 1848-ci il inqilabları da İngiltərədə fəhlə hərəkatına təsir göstərdi.

Üçüncü mərhələ (1848)

[redaktə | mənbəni redaktə et]
Çartistlərin Londonda mitinqləri, 1848-ci il

1848-ci ildə İngiltərədə çartizm hərəkatının üçüncü mərhələsi başlandı. Ölkənin müxtəlif şəhərlərində keçirilmiş mitinqlərdə “Xalq Xartiyasının” qəbul edilməsi, respublika quruluşuna keçilməsi və Lordlar palatasının ləğvi kimi tələblər irəli sürülmüşdü. 1848-ci ilin aprelində çartistlərin konventi keçirildi. Sol çartistlər xartiya uğrunda silahlı mübarizəyə başlamağı təkid edirdilər. Konvent iştirakçılarının əksəriyyəti petisiyanın parlamentə təqdim edilməsi zamanı dinc nümayiş keçirilməsinə tərəfdar idi.

1848-ci ilin aprelin 10-da çartistlər 5 milyon fəhlə tərəfindən imzalanmış petisiyanı parlamentə gətirdilər. Lakin parlament yenə petisiyanı qəbul etmədi. Çartistlər Londonda fəhlələrin nümayişini təşkil edə bilmədi. Hökumət isə ordunu və polisi döyüşə hazır vəziyyətdə saxlamışdı.

Sol çartistlər 1848-ci ilin iyunun 12-nə silahlı üsyan təyin etmişdilər. Lakin hökumət qüvvə tətbiq edərək üsyanın qarşısını aldı. Çartizm hərəkatının 500-dək fəal iştirakçısı rəhbərlər başda olmaqla həbs edildi. XIX əsrin 50-ci illərində ölkədə fəhlə hərəkatı zəiflədi. Sol çartistlər mübarizəni davam etdirirdi. 1851-ci ildə konventdə  solların təşəbbüsü ilə yeni proqram qəbul edildi. 1852-ci ildə Mançestrdə çartistlərin konfransı keçirildi. 1854-cü ildə Mançestrdə  solların köməyi ilə Fəhlə parlamenti çağrıldı. Lakin fəhlələrin qurultayında yalnız iqtisadi fəaliyyətin prinsipləri işlənib hazırlandı. Fəhlə hərəkatında islahat tərəfdarlarının və siyasi fəaliyyətinin əleyhinə olan tred-yunionların mövqeyi möhkəmləndi.

Ölkəni növbə ilə Tori və Vigi partiyaları idarə edirdi. 1830-1834 və 1836-1840-cı illərdə vigilər və 1841-1846-cı illərdə  torilər hakimiyyətdə  olmuşdu. XIX əsrin 30-cu illərindən Torilər partiyası Mühafizəkarlar Partiyası adlanırdı. Seçki dairələrində Mühafizəkarlar Partiyasının yerli şöbələri yaradılmışdı. Partiyanın sədri Robert Pill başda olmaqla sol mühafizəkarlar burcuaziyaya güzəşt  tərəfdarı idi. 1832-ci ildə hökumət  bir sıra məhsullar üçün idxal  gömrüyünü azaltmışdı. Taxıl qanunlarının ləğvindən sonra R.Pilin tərəfdarları Mühafizəkarlar partiyasından çıxmışdı.

  • Ashton, Owen, Fyson, Robert, and Roberts, Stephen, The Chartist Legacy (1999) ESSAYS
  • Briggs, Asa, 'Chartist Studies' (1959)
  • Brown, Richard, Chartism (1998)
  • Carver, Stephen, Shark Alley: The Memoirs of a Penny-a-Liner (2016), creative non-fiction account of the life of a Chartist journalist.
  • Chase, Malcolm. Chartism: A New History (Manchester University Press, 2007), A standard scholarly history of the entire movement
  • Chase, Malcolm. "'Labour's Candidates': Chartist Challenges at the Parliamentary Polls, 1839–1860." Labour History Review (Maney Publishing) 74, no. 1 (April 2009): 64-89.
  • Epstein, James and Thompson, Dorothy, The Chartist Experience (1982) ESSAYS
  • Fraser, W. Hamish, Chartism in Scotland (2010)
  • Gammage, R. G. History of the Chartist Movement 1837-1854
  • Hall, Robert, Voices of the People: Democracy and Chartist Political Identity (The Merlin Press, 2007) stresses the importance of regional loyalties and associations.
  • Jones, David J. V., Chartism and the Chartists (1975).
  • Jones, David J., The Last Rising; The Newport Insurrection 1839 (1985)
  • O'Brien, Mark, "Perish the Privileged Orders": A Socialist history of the Chartist movement (1995)
  • Pickering, Paul, Chartism and the Chartists in Manchester and Salford (1995)
  • Roberts, Stephen, Radical Politicians and Poets in Early Victorian Britain: The Voices of Six Chartist Leaders (1993)
  • Roberts, Stephen and Thompson, Dorothy, 'Images of Chartism' (1998) Contemporary illustrations
  • Roberts, Stephen, 'The People's Charter: Democratic Agitation in Early Victorian Britain' (2003) ESSAYS
  • Roberts, Stephen, The Chartist Prisoners: The Radical Lives of Thomas Cooper and Arthur O'Neill (2008)
  • Schwarzkopf, Jutta, Women in the Chartist Movement (1991)
  • Taylor, Miles, Ernest Jones, Chartism and the Romance of Politics (2003)
  • Thompson, Dorothy. The Dignity of Chartism (Verso Books, 2015), Essays by a leading specialists.

Tarixşünaslıq

[redaktə | mənbəni redaktə et]
  • Claeys, Gregory. "The Triumph of Class-Conscious Reformism in British Radicalism, 1790–1860" Historical Journal (1983) 26#4 pp. 969–985 in JSTOR
  • Griffin, Emma, "The making of the Chartists: popular politics and working-class autobiography in early Victorian Britain," English Historical Review, 538, June 2014 in EHR
  • Saunders, Robert. "Chartism from Above: British Elites and the Interpretation of Chartism", Historical Research 81:213 (August 2008): 463-484 (DOI).
  • Taylor, Miles. "Rethinking the chartists: Searching for synthesis in the historiography of chartism", Historical Journal, (1996), 39#2 pp 479–95 in JSTOR

Əsas mənbələr

[redaktə | mənbəni redaktə et]
  • The Chartist Movement in Britain, ed. Gregory Claeys (6 vols, Pickering and Chatto, 2001)
  • §, Thomas, ed. (1880). Forty Years' Recollections: Literary and Political, Samson Low, Marston, Searle, and Rivington
  • Mather, Frederick C. ed. (1980) Chartism and society: an anthology of documents 319pp
  • Scheckner, Peter, ed. (1989). An Anthology of Chartist Poetry. Poetry of the British Working Class, 1830s–1850s, Fairleigh Dickinson University Press, ISBN 0-8386-3345-5 (online preview)
  • Kovalev, Yu. V. ed. (1956). "Antologiya Chartistskoy Literatury" [Anthology of Chartist Literature], Izd. Lit. na Inostr. Yazykakh, Moscow, 413 pp. (Russian introduction, with original Chartist texts in English).
  1. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 308.