Çatkal

Çatkal çayı (qırğ. Чаткал, özb. Chatqol, Чатқол) — QırğızıstanÖzbəkistan ərazisindən axan dağ çayı. Çarvak su anbarının tikilməsinə qədər Çirçik çayının sol qolunu təşkil edirdi. Yuxarı axarlarda Qaraqulcá adını daşıyır.

Çatkal çayı
qırğ. Чаткал, özb. Chatqol
Ölkələr
Mənbəyi İki çayın birləşməsi
 • Yüksəkliyi 3343 m
Mənsəbi Çirçik
 • Yüksəkliyi 880 m
Uzunluğu 126 km
Su sərfi 126 m³/s
Su hövzəsi 14900
Hövzəsinin sahəsi 7.110 km²
Çatkal (Qırğızıstan)
mənbəyi
mənsəbi
Çatkal çayı Qırğızıstanın fiziki xəritəsində:

42°03′33″ şm. e. 71°56′43″ ş. u.HGYO

41°35′08″ şm. e. 70°05′56″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Çatkal çayı

Çayın uzunluğu 217 km, hövzəsinin sahəsi 7110 km²[1]. Öz başlanğıcını Talas Alatausunun cənub-qərbindən götürür. Çay qərbə doğru Tyan-Şan dağlarının qərbi ilə axır. Burada şimaldan Sandalaş və Koksuy, cənubdan isə Çatkal silsiləsi ilə əhatələnmişdir. Yuxarı axaları boyunca Çatkal vadisində yerləşir. Ter çayının töküldüyü yerlə dərin dərə əmələ gəlmişdir. Bu dərənin şimal-qərb hissəsində Kokus silliləsi qərarlaşır. Çayın mənsəbi hazırda Çarvak su anbarıdır. O Burçmolla qəsəbəsi yaxınlığında ona tökülür.

Çayən orta axarları boyunca meşəliklər yerləşir bu meşəliklərin böyük qismi cır meyvə ağalarından ibarətdir. Burada yabanı alma, alça, yunan qozu yetişir. Çay əsasən qar suları ilə qidalanır. Çay öz başlanğıcını 3343 metr yüksəklikdən götürür və 880 yüsksəklikdə isə mənsəbi yerləşir.

Çatkal çayının ən böyük çayları sol hissədən ona tökülür: Təsr (8,1 % hövzə) və Ağbulaq (11,9 % hövzə), soı: Sandaltaş (16,8 % hövzə) və Koksu (5,9 % hövzə). Mənsəbə yaxın su sərfiyyatı 72,6 m³/s, maksimal isə 180 m³/s təşkil edir. Özbəkistan Respublikası ərazisində çay aşağıdakı qolları qəbul edir (mənbədın mənsəbə):

  • Ağbulaq - Qırğızıstan və Özbəkistan sərhəddində (sol);
  • Kazanaksay (sağ);
  • Xudodosay (sağ);
  • Çukraksu (sağ);
  • Paltau (sağ);
  • Yanqikurqansay - yazın ortalarından payızın sonlarına qədər Çarvak su anbarına tökülür (sol);
  • Koksu - yazın ortalarından payızın sonlarına qədər Çarvak su anbarına tökülür (sağ).

Çayın Obi-raxmat adlı qəsəbənin yaxınlığında (41°34"08, 8" ş. e., 70°08"00, 3" ş. u.) 9—12 yaşlı neandertal aşkarlanmışdır. Tapıntının yaşı 50 min il[2][3] olaraq qiymətləndirilir.

Çatkal çayı

Sovet dönəmində Çatkal ərazisindən məşhur turistlik maşrutu keçirdi. Çay hazırda belə su idnanı həvəskarı arasında tanınır. 1975 ilin oktyabrında çayda texniki su turizmi üzrə Ümumittifaq yarışması keçirilmişdir. Burada müttəfiq ölkələrdə 22 komanda iştirak etmişdir. Hazırda isə sərhəd problemləri ilə əlaqədar tuzimdə çətinliklər yaranmışdır.

  1. Ўзбекистон Миллий Энциклопедияси, səh. «Чатқол» (öz.)
  2. "Исследования грота Оби-Рахмат: Археологические находки на территории долины реки Пальтау". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.
  3. "А. И. Кривошапкин «Недостающее звено?» Наука из первых рук. 2005. № 1(4). Стр. 27-29". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-17.