Çay terrasları — çay dərələrində geniş yayılmış bu morfoskulpturların elementlərin morfoloji xüsusiyyətləri, sayı, nisbi və mütləq yüksəklikləri, deformasiya və saxlanılma dərəcələri çay hövzəsinin yerləşdiyi sahənin mütləq yüksəkliyindən, dərənin yaşından, relyefin enerjisindən, uzun müddətli, çoxillik və mövsümi iqlim dəyişmələrindən, axımın miqdarından və rejimindən, erozion siklləri müəyyən edən və terrası formalaşdıran tektonik hərəkətlərin xarakterindən və ritmlərin sayından, çayların uzunluqlarından, eroziya bazisinin miqrasiyasından bilavasitə asılıdır. Bu əlaqəni müxtəlif geotektonik rejimli morfostrukturları kəsən çay dərələrində terrasların sayına, struktur quruluşuna, deformasiya dərəcəsinə, ölçülərinə və kəsilişlərdə olan çöküntü komplekslərinin xarakterinə əsasən izah etmək mümkündür.[1]
Böyük Qafqazın cənub yamacı çaylarında B. Ə. Budaqov 17 terras səviyyəsi ayırmışdır (cədvəl 1).[1]
Cədvəl 1.
Baş Qafqaz silsiləsinin cənub yamacının bəzi çay dərələrinin çay terrasları
Terraslar | Balakənçay | Kişçay | Xalxalçay | Filfiliçay | Dəmiraparançay |
I | 1,5–2 | 0,5–1 | 0,5–4 | 1–2 | 2 |
II | 4–6 | 6–8 | 4–8 | 4–7 | 6–8 |
III | 12 | 10–15 | - | 11–14 | 14–16 |
IV | - | 20–25 | 20–24 | 18–20 | 20–27 |
V | - | 30–35 | - | 30–34 | - |
VI | 40–44 | 40–45 | 35–40 | 43 | 35–40 |
VII | 50–55 | - | 45–50 | 50–55 | 47–57 |
VIII | 70–72 | 65 | 60–70 | 60–65 | 60 |
IX | - | - | 83–76 | 70–80 | 82 |
X | 90–100 | 95–100 | 102–92 | 90–100 | 100 |
XI | - | - | 115 | 114–115 | - |
XII | - | 124 | - | 120–125 | - |
XIII | - | - | 130–140 | 180–185 | 135 |
XIV | 150 | - | - | 155 | 156–166 |
XV | - | - | 175 | 175 | - |
XVI | - | - | 180–200 | 190–200 | 186 |
XVII | 200 | 210 | - | 200–220 | 217–222 |
Bu terraslar çayların su səviyyəsindən 0,5–2; 6–8; 10–15; 20–25; 30–35; 40–45; 50–55; 65–70; 75–80; 90–115; 120–125; 135–145; 150–155; 175; 190–200; 210–220; 240–250 metr yüksəkliklərdə yerləşir, lakin bütün çay dərələrində bu terras kompleksləri tam iştirak etmir. Ərazinin intensiv tektonik qalxması və güclü eroziya nəticəsində terras səviyyələrinin bəziləri tamamilə yuyulmuş, bəzi sahələrdə isə onların xırda fraqmentləri saxlanılmışdır. Alçaq və qismən orta səviyyəli terraslar daha yaxşı saxlanılmışdır. Bu terras səviyyələri çay dərələrinin orta və aşağı hissələri üçün xarakterikdir.[1]
Şimal-şərq yamacın çay dərələrində (Qusarçay, Qudyalçay, Vəlvələçay, Gilgilçay və s.) əsas terras səviyyələri onların sinklinal strukturları kəsdiyi sahələrdə, geniş sahəli olmaqla yaxşı saxlanılmışdır. D. A. Lilienberq, B. Ə. Budaqov şimal-şərq yamacda, A. A. Mikayılov isə Qusar maili düzənliyində 14–17 terras səviyyəsinin olduğunu göstərir. Bəzi çay terraslarının Xəzər dənizi terrasları ilə uzlaşdırılması onların yaşını xeyli dəqiqləşdirməyə imkan vermişdir.[1]
Kiçik Qafqazın çay dərələrində qeydə alınan terrasların miqdarı, səviyyəsi və yüksəklikləri onların kəsdiyi tektonik strukturların (fəal və nisbi sabit) xarakterindən asılı olaraq dəyişkəndir. Ərazinin əsas çay dərələrində ayrı-ayrı tədqiqatçılar müxtəlif miqdarda və yüksəklikdə terras kompleksləri ayırmışlar, lakin terras sxemləri arasında fərq olduqca böyükdür. Hətta eyni çay dərəsində müxtəlif sayda terras səviyyəsi ayrılır. Şimal-Qərbdə İncəsu, Ağstafaçay, Həsənsu və Tovuzçay (Axınca) çaylarının dərələri Qazax sinklinorisinin ox hissəsinə uyğun gələn Ağstafaçay çökəkliyini kəsərək erozion-akkumulyativ, akkumulyativ mənşəli terras kompleksləri əmələ gətirmişdir. Terrasların nisbi yüksəklikləri çökəkliyin mərkəzinə doğru azalır. Terrasların sayı dərənin morfolojiyasına uyğun dəyişkəndir. Həsənsuyun dərəsində — 7 (1, 3, 7, 12, 22, 27,), Ağstafaçayda — 4 (5, 10, 33,), Axıncaçayda — 4 (5, 21, 30,). Zəyəmçay dərəsi Başkənd-Dəstəfur struktur-denudasion çökəkliyində nisbətən genişlənir və aşağıdakı akkumulyativ, erozion-akkumulyativ terraslar müşahidə olunur: 2,0, 10,0, 26,0, 40,0, 57,0, 110, 140,0 və . Gəncəçayın terras səviyyələri 0,7, 5,0, 15, 25, 38. 63–65. 92 və təşkil edir. Kürəkçayın 0,5, 3,0, 9, 18, 44 və 106 m-lik terrasları əsasən erozion-akkumuliyativ mənşəlidir. Tərtərçay Kəlbəcər muldasında 14 — (3,0, 5–7, 10–11, 16–22, 30, 40–45, 55–60, 100, 120–130, 145, 180–200, 235, 260, 320-), Həsənriz sinklinal çökəkliyində 7 — (3,0, 10–12, 30, 50, 75–80, 100–120 və) terras səviyyələri ilə səciyyələnir. Xaçınçayın dərəsində, 1600 — yüksəklikdə Sarıbaba sinklinoriumu daxilində 12 müxtəlif mənşəli terras səviyyəsi (0,5–1, 5, 8–15, 18, 25, 35, 50, 110–120, 135–140, 160, 240–260, 280-) müşahidə olunur. Köndələnçay-Siznək-Qarabulaq sinklinal çökəkliyində 1, 5, 33, 65, 80 və 110 metrlik, Qırmızıbazar qraben-sinklinal çökəkliyində 2, 6, 8–10, 21, 35, 40–45, 65, 90, 112, 142 və 150 metrlik terras səviyyələri əmələ gətirmişdir.[1]