Zəyəmçay

ZəyəmçayKürün sağ qoludur. ŞəmkirGədəbəy rayonları ərazisindən axır.

Zəyəmçay
Ölkə
Keçdiyi ərazilər ŞəmkirGədəbəy
Mənsəbi Kür
Uzunluğu 90 km
Su sərfi 6,3 m³/san
Su hövzəsi KürXəzər dənizi
Hövzəsinin sahəsi 942 km²
Zəyəmçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Zəyəmçay Azərbaycanın fiziki xəritəsində:

40°31′ şm. e. 45°30′ ş. u.HGYO

40°58′ şm. e. 45°58′ ş. u.HGYO

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 90 km, hövzəsinin sahəsi 942 km²-dir. Şahdağ silsiləsinin şimal yamacından axan Şəkərbəy və Çətindərə çaylarının birləşməsindən əmələ gəlir. Mənbəyi Şəkərbəy qolu başlayan yerdə, 2020 m yüksəklikdə yerləşir.

Zəyəmçay, Qaramuradçaya qovuşana qədər şimaldan cənuba doğru, sonra istiqamətini kəskin şəkildə dəyişib qərbə, Çətindərə çayının qolu ilə qovuşandan sonra isə cənub-şərq istiqamətinə doğru axır. Ağbaşlar kəndinə qədər olan məsafədə çay dərin və dar dərələrlə coşqun axır. Aşağı hissədə yatağı genişlənir və Yanıxlı kəndindən başlayıb,düzənlik sahəyə çıxır. Burada bir sıra qollara ayrılır. Yuxarı axımında çaya soldan Bacanka (uzunluğu 25 km), Çətindərə (uzunluğu 24 km), Kiçik Qaramurad (uzunluğu 11 km); sağdan isə Kilisəlisu (uzunluğu 14 km), Babaçay (uzunluğu 26 km) kimi qollar qarışır.

Axımı yeraltı (45%), yağış (35%) və qar (20%) sularından əmələ gəlir. Mart-iyun aylarında qarın əriməsi nəticəsində böyük daşqınlar əmələ gəlir. Bu aylarda çayın illik axımının 60-70%-i axır.

Çayın orta illik su sərfi 6,30 kub m/san və ya bir ildə Ən çox axımı yaz və yay aylarında olur. İllik axımın 40%-i yazda, 35%-i yayda, 15%-i payızda, 10%-i isə qışda keçir.

Zəyəmçay Kürə ildə orta hesabla 22 min tona qədər asılı gətirmələr aparır. Kuclü daşqın zamanı hədsiz lillənməyə (7125 q/kub m) uğrayır. Orta lillənməsi 134 q/kub m-dir. Suyu hidrokarbonatlı-kalsiumlu olmaq-la orta minerallaşmaya (300-400 mq/l) malikdir.

Suvarma işlərində Zəyəmçaydan geniş istifadə edilir.