Çay yatağının miqrasiya qanunu

Çay yatağının miqrasiya qanunu (K.M.Ber - J.Babine) - yerin öz oxu ətrafında fırlanmasının əyilmə (kənara çıxma) təsiri nəticəsində çaylarda öz yataqlarını Şimal yarımkürəsində sağa doğru, Cənub yarımkürəsində isə sola doğru yerini dəyişmək meyli mövcuddur. Nəticədə Şimal yarımkürəsindəki çayların sağ sahilləri dik və sıldırımlı, çay yerini dəyişdiyi sol sahilləri isə az meyilli və alçaq olur.[1]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y., Ensiklopedik ekoloji lügət. Bakı-Elm-2008