Çaylı yemişi[1] və ya Dadaş tumu – Abşeronda xalq seleksiyası yolu ilə yetişdirilmiş sort. Tağı qısa, yarpaqları böyrəkvaridir. Meyvələri uunsovdur. Rəngi açıq-yaşıl, qabığı narın torlu, ləti sıx, şirəli və ağ rəngdədir. Dadı çox şirindir. Toxumları ağımtıl-sarı, orta irilikdə, yumurtavaridir. 90–100 günə yetişir. Hər ha-dan 25 ton məhsul götürmək mümkündür. Saxlama və daşınma orta dözümlüdür.