Çaynikli ev

Çaynikli evGəncə şəhərinin kənar qəsəbələrinin birində qeyri-adi bir ev[1]. Onu fərqli edən divar və fasadının milli ornamentli çayniklər və digər çini qablarla hörülməsidir[1]. Evin hörgülərində çayniklərin sayı çox olduğundan, bu qeyri-adi evə yerli sakinlər elə "Çaynikli ev" deyiblər[2].

Bu evin daxildən görünüşü adi olsa da, xarici görünüşü fərqlidir[1]. Belə ki, onun inşasında minlərlə çaynikdən və digər çini qablardan istifadə edilib[1].

Tikilinin keçmiş sahibi Əli Əliyev[2] 1970-1980-ci illərdə uzun müddət Gəncə Çini qablar zavodunda çalışıb[1]. Elə həmin vaxt istehsal prosesinə yararsız sayılan məhsullardan səmərəli istifadə edərək bu evi tikib[1]. 1985-ci ildə inşa edilən bu ev 1993-cü ildə başqasına satılıb[2]. 1998-ci ildə həmin şəxs evi sataraq, buradan köçüb[1]. Hazırda qeyri-adi tikilidə Mərdanovlar ailəsi yaşayır[1]. Belə ki, evin hazırkı sahibi Təranə Ələsgərovanın mərhum həyat yoldaşı 1999-cu ildə onu alıb. Onun oğlu Ceyhun Mərdənov hazırda bu evdə anası və bacıları ilə birgə yaşayır[2].

Evin ərsəyə gəlməsində təqribən 5 minə yaxın çaynikdən və çini qabdan istifadə olunub[1]. Çayniklə yanaşı kasa, gülab qabı, boşqab, güldan, duz qabları və digər çini qablardan istifadə edilərək tikilən bu evin inşası heç də asan olmayıb[2]. Belə ki, qablar xüsusi nizamla düzülərək içlərinə sementlə qum qarışığı əlavə edilib ki, qablar ağırlıqdan sınmasın. Öz ideyası ilə inşa etdiyi evə Əli kişi xüsusi diqqət yetirib[2]. Onun həyat yoldaşı günaşırı qabları yuyub, təmizləyirmiş[2]. Heç kim bu evə toxunmurmuş. Lakin sonralar baxımsızlıqdan çoxu sınıb[2]. Hazırda evin hasarı uçmaq təhlükəsi ilə üz-üzə qalıb[2].

  1. 1 2 3 4 5 6 7 8 9 5 minə yaxın çaynik və çini qabdan ev (FOTO,VİDEO) Arxivləşdirilib 2016-07-31 at the Wayback Machine. trend.az, 30.07.2016  (az.)
  2. 1 2 3 4 5 6 7 8 9 Azərbaycanın bu incisi təhlükə altında Arxivləşdirilib 2020-11-28 at the Wayback Machine. sputnik.az, 20.05.2016  (az.)