Çeçen teatrı

Boj-Əli tamaşasının afişası
Qroznı rus dram teatrı
Çeçen dram teatrı
Qroznı teatr və konsert zalı

Çeçenistanda qədim mərasimlərdə (toy, bayram, dəfn və s.) teatr sənəti elementləri olmuşdur. XX əsrin 30-cu illərindən özfəaliyyət, sonra isə professional teatr sənəti inkişaf etmişdir. 1931-ci ildə Qroznıda çeçen teatr studiyası yaradıldı. Studiyanın tədris repertuarına S. Baduyevin pyesləri daxil idi. Teatrın debütü onun “Qırmızı qala” əsəri ilə olmuşdur (1933). Çeçen və inquş teatr studiyaları əsasında 1934-cü ildə Çeçen-İnquş Dram Teatrı yaradılmışdır. Çeçen milli teatrının formalaşmasında Azərb. rej.-larının (A. Tuqanov, M. Əlili) böyük rolu olmuşdur. M. Esembayevin iştirakı ilə “Azərbaycanfilm” kinostudiyasında “Mən rəqs edəcəyəm” (1963) bədii filmi çəkilmişdir.

Teatr xadimləri:Y. Zubayrayev, T. Əliyeva, A. İsayeva, X. Xakişeva, A. Həmidov, V. Tatayev, X. Mustafayeva və b. Teatra V. Şatov, V. Şanin, T. Nefedov rəhbərlik etmiş, müxtəlif vaxtlarda burada rej.-dan V. Vaynşteyn, N. Desiq, A. Ridal, P. Xrlip, M. Minayev, E. Şmidt və b. işləmişlər. Milli kadrların hazırlanmasında Dövlət Teatr Sənəti İn-tunun böyük rolu olmuşdur.

Teatrın repertuarına dünya klassiklərinin (U. Şekspir, F. Şiller, Q. Lorka, A. Puşkin, A. Ostrovski, N. Qoqol, A. Çexov) və milli dramaturqların əsərləri daxildir. 1960-cı illərdə teatrın səhnəsində “Boj-Əli”, “Ölməzlər”, “Sovdat və Da ud” (A. Həmidov), “Azadlıq, ya ölüm”, “Şeyx Mansur” (M. Solsayev), “Qonşular” (S. Nunuyev), “Qara hörük” (L. Yehyayev), “Taymiyev Beybulat” (M. Musayev), “Beşto” (M. Solsayev, M. Geşayev) və b. əsərlər tamaşaya qoyul muşdur.

 XX əsrin sonu–21 əsrin əvvəllərində hərbi münaqişə illərində də teatr fəaliyyətini davam etdirmiş və Şimali Qafqaz resp.-ların da, Anapa ş.-ndə (Krasnodar vil.) çıxış etmiş, Fransada, Almaniyada qastrolda olmuşdur. Resp.-da Qroznı rus dram teatrı (1904-cü ildən), Çeçen Dövlət Dram Teatrı (1931-ci ildən), Kukla Teatrı (1935 ildən), Çeçen Dövlət Gənc tamaşaçılar Teatrı (1937-ci ildən), Serlo Çeçen Dövlət Gənclər Teatrı (2005 ildən) fəaliyyət göstərir. 2000-ci illərdən Çeçenistanda dram teatrında aktyorlardan D. Omayev, R. Qiçayev, N. Xadiyev, X.B. İsrailov, X. Kutayev, U. Zubayrayev, A. Djamayev çıxış edirlər. [1]  

Mənbə[redaktə | mənbəni redaktə et]

Çeçenistan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. 592 səh. ISBN 978-9952-441-10-9.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.