Çeçeni̇stan Milli Kitabxanası

Qroznıda yerləşən Çeçeni̇stan Milli Kitabxanası

Çeçeni̇stan Milli Kitabxanası1904-cu ildə Qroznıda yaradılmış ilk Ümumaçıq kitabxanadır. 1920-ci il Sovet hakimiyyəti dövründə dövlət kitabxanasına çevrilmişdir. Çeçen-İnquş Muxtar Vilayəti yarandıqdan sonra (1934) Vilayət kitabxanası statusu alır. Metodik və səyyar fond şöbələri yaradılır. 1936-cı ildə Muxtar Respublika yaradılması ilə əlaqədar respublika kitabxanasına çevrilir.[1] 1939-cu ildən respublika ərazisində çap olunan nəşrlərdən (2 nüsxə) məcburi nüsxələr almağa başlayır. Müharibə illərində kitabxana 35 min nüsxə ədəbiyyatı hərbi hissələr vermişdir. 1944-cü ildə Muxtar Respublika ləğv edildikdən sonra kitabxana A.P.Çexov adına Qroznı vilayət kitabxanasına çevrilir. 1990-cı illərin əvvələrində kitabxananın fondu 2,6 milyon nüsxədən çox olmuşdur.[1]

Respublikada gedən hərbi əməliyyatlar zamanı kitabxananın binası və fondu məhv edilmişdir. 2000-ci ildə kitabxana bərpa olunur və 2003-cü ildə fondu 15 min nüsxəyə çatmişdır. Kitab verilişi 19 min nüsxə olmuşdur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]