Çeko gölü (rus. Чеко) — Rusiyanın Krasnoyarsk diyarı ərazisində yerləşən göl. Krasnoyarsk şəhərindən 760 km şimal-şərqdə, Tunqus meteoritinin mümkün düşdüyü episentrindən 87 km şimal-qərbdə yerləşir. 1928-ci ilə qədər tərtib edilən heç bir xəritədə gölün adı və təsvirinə rast gəlmək mümkün deyildir. Görünür bu onun yerləşdiyi ərazinin pis öyrəlinməsi ilə əlaqədardır[1].
Çeko gölü | |
---|---|
rus. Чеко | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 354 m |
Eni | 0,364 km |
Uzunluğu | 0,708 km |
Sahəsi | 0,25 km² |
Dərin yeri | 50 m |
Minerallaşma tipi | Şirinsulu |
Yerləşməsi | |
60°57′50″ şm. e. 101°51′37″ ş. u. | |
Ölkə | Rusiya |
Yerləşməsi |
Krasnoyarsk diyarı (Rusiya) |
|
Gölə Kimçu çayı tökülür və onun ərazisindən keçərək yollunu davam etdirir. Gölə qərb hissədən daxil olur. Elə qərbdəndə yolunu davam etdirir. Ancaq göldən nisbətən şimal hissədən çıxır. Gölün aid olduğu çay hövzəsi: Çunya, Podkamennaya Tunquska, Yenisey. Gölün sahəsi 0,25 km², dəniz səviyyəsindən hündürlüyü isə 354 metrdir.
Bolon Universitetindən bir qrup italyan geoloq Luka Qasperininin ({lang-it|Luca Gasperini}} rəhbərliyi altında, Çeko gölünün Tunquska meteoritinin krateri ola biləcəyi fərziyyəsini ortaya qoymuşdu[2]. Buna əsas olaraq isə gölün meteoridinin düşməsi ehtimal edilən ərazidən 8 km aralıda olmasıdır. Çeko gölü 50 metr dərinliyə və konusvari dibə sahibdir. Onlar iddia edirlər k, Sibir göllərindən fərqli bu morfologiyaya sahib dibə malik olması onu adi bir eroziya və çöküntü prosesləri ilə izah edilə bilməz. 2008-ci ildə elm adamları gölün dibində test quyusu qazmağı planladılar. Onlar 2007-ci ildə «Tapılan krater 1908-ci ilin Tunquska meteoritinin mümkün nəticəsi olaraq» («A possible impact crater for the 1908 Tunguska Event»)[3] və 2008-ci ildə «Tunqus meteoriti və Çeko gölü: səbəb araşdırma əlaqəsi və ya onun inkarı?» («Lake Cheko and the Tunguska Event: impact or non-impact?»)[4] araşdırma məqalələrini yayımlayırlar. Alimlər hidroakustik, radiolakasiya, bioloji və kimyavi üsullardan istifadə edirlər. İş zamanı göl dibinin stratiqrafik modeli, onun batimetrik xəritəsi çıxarılmış və göl çöküntülərinin kimyəvi analizləri aparılmışdır. Müxtəlif metodlarla ətrafda yerləşən ağacların yaşı müəyyən edilmişdir. Bütün məlumatlar Çeko gölünün yaşının yüzü keçmədiyi bəlli olduqda, onun 1908-ci ildə bir göy cisminin düşməsi nəticəsində meydana gəldiyi fərziyyəsi artıq özünü doğruldurdu[5]. Üstəlik aparılan araşdırmalar onu göstərdi ki, göl dibindən 10 metr aşağıda bir kütlə vardır. Bu kütlənin Tunqus meteoritindən olan bir parça olması ehtimalı vardır[6][7].
Digər tərəfdən isə XX əsrin 60-cı illərində aparılan araşdırmalar zamanı gölün qədim olması (5-10 mln il öncə formalaşması) və təbii formada meydana glməsi haqqında rəy verilmişdir[8]. Bu fikiri həmçinin 2016-cı ildə Rusiya Coğrafiya Cəmiyyəti Ekspedisiya Mərkəzi Sibir federal dairəsinin mətbuat xidməti təsdiq edir. V. S. Sobolev adına Geologiya və Minerologiya İnstitutu tərəfindən göl dibindən götürülmüş nümunələrdən məlum olur ki, göl çöküntülərinin yaşı 280 ildir. Bu da gölün Tunqus meteoritinin düşməsindən çox əvvəl meydana gədiyini göstərir[9].