Yenisey

Yenisey (rus. Енисе́й), (evenk Ионесси "böyük su", xak. Ким, tıva Улуг-Хем "böyük çay", və Ene-Say (Ana-çay), nen. Енся’ ям’ — Dünyanın və Rusiyanın ən uzun və gursulu çaylarından biri. Şimal Buzlu okeannın Kara dənizinə tökülür. Çayın uzunluğu 3487 km təşkil edir.

Yenisey çayı
evenk Ионесси, xak. Ким, tıva Улуг-Хем
rus. Енисе́й
rus. Енисе́й
Ölkə  Rusiya
Mənbəyi Tıva, İder
 • Yüksəkliyi 619,5 m
Mənsəbi Yenisey körfəzi
 • Yüksəkliyi 0 m
Uzunluğu 3487 km
Su sərfi 19.800 m³/s
Hövzəsinin sahəsi 2580000 km²
Yenisey (Rusiya)
mənbəyi
mənsəbi
Yenisey Rusiyanın fiziki xəritəsində:

51°43′41″ şm. e. 94°27′07″ ş. u.HGYO

71°49′46″ şm. e. 82°42′57″ ş. u.HGYO
DSR[rus.] 17010300112116100000014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəziləri bu adın evenklərin "İonnesi" sözündən törəmısini bildirərək böyük su olmasını deyir. Sibiryaklar çayı "Yenisey Ata"[1][2][3][4] adlandırırlar

Böyük YeniseyKiçik Yeniseyin birləşdiyi yer.
Yenisey (solda) və Ob Kara dənizinə axır
Yenisey hövzəsi

Böyük YeniseyKiçik Yenisey çaylarının birləşməsindən meydana gələn çay. Çayın uzunluğu 3487 km, Kiçik Yeniseylə birlikdə isə 4287[5] km, Böyük Yeniseylə birlikdə 4092 (4123)[6] km təşkil edir. Su yolunun uzunluğu: İder çayıSelenqaBaykal gölü — Anqara çayı — Yenisey olaraq 5550 km təşkil edir. Çayın hövzəsinin sahəsi 2580 min. km² olaraq, Rusiyada Ob çayından sonra ikincidir. Yenisey Qərbi Sibir ilə Şərqi Sibir arasında təbii sərhəd rolunu oynayır. Sol sahilində Qərbi-Sibir düzənliyi başa çatır. Sağ sahili boyunca tayqa meşələri yayılmışdır. Sayan dağlarından [[Şimal Buzlu okean sahillərinə qədər ardıcıl bir necə coğrafi qurşaq keçir. Üstəlik Sibirin bütün iqlim qurşaqlarından keçir. Onun yuxarı axarlarında dəvə, aşağı axarında isə ağ ayı yaşayır.

Yenisey çayı Qızıl şəhərindən başlayır. 188 km məsafədə Yuxarı Yenisey (Uluq-Xem) adı ilə axır. Bu hissələrdə çayın eni 100–650 m arasında dəyişir, dərinliyi isə 4–12 metr təşkil edir. Şaqonardan Sayano-Şuşensk su anbarı başlayır. Burada bəbdin sayəsində eyni adlı SES fəaliyyət göstərir. Xemçik çayını buradan qəbul edən Yenisey birdən şimala istiqamətlənir. 290 km məsafədə Qərbi Sayan dağları arasından keçir. Sayano-Şuşensk SES birqədər qsrşıda Mayskoe su anbarı başlayır. Mayskoe SES olan hissədə isə anbar bitir. Abakan çayı Yeniseyə birləşdikdən sonra Krasnoyarsk su anbarı başlayır. Anbarın uzunluğu 360 km təşkil edir. Qarşısında olan bənddə SES yerləşir. Şərqi Sayan ərazisindən keçərkən dərələrin eni 5 km, çay yatağının eni isə 500 metr təşkil edir. Kranoyarskdan Anqara çayı mənsəbinə qədər Yeniseyin yatağı genişlənir və çay dağ çayı xüsusiyyətini itirir. Anqara çayının töküldüyü yerdən isə dağ çayına çevrilir. Yenisey çayının eni Aşağı Tunquska çayının mənsəbində 40 km, DudinkaUst-Port şəhərləri yaxınlığında isə 150 km təşkil edir. Aşağı axarlarda çay adalar arası axaraq çoxlu qollar əmələ gəlirir: Oxotski Yenisey, Daş Yenisey, Böyük YeniseyKiçik Yenisey. Burada ümumi yataq 50 km-dir. Ən aşağı axarda isə Yenisey körfəzini əmələ gətirir. Buradan isə Kara dənizinə axır.

Sayano-Şuşensk qoruğu

Yenisey qar suları ilə qidalanan çaylar sırasına daxildir. Qar suları qidalanmada 50 %, yağış 36–38 %, yeraltı sular isə 16 % iştirak edir. Çayın donması oktyabrın əvvəllərinə təsadüf edir. Orta axarlar (Krasoyarskda) noyabr ayında, dağlıq ərazilərdə isə noyabr ayının sonundan dekabrın əvvəllərindən başlayır. Yeniseydə gursululuq dövrü may bəzən isə apreldən başlayır və iyun ayına qədər davam edir. Orta axarlar yuxarı və aşağı axarlara nisbətdə daha tez buzdan azad olur. Aşağı axarlarda buzlar toplanaraq toroslar əmələ gətirir. Yeniseyin yuxarı axarlarında su sərfiyyatı (Kızıl) 1009 m³/s[7], Sayanoqorskda 1484 m³/s[8], Krasnoyarsk SES 2723 m³/s[9], Krasnoyarsk rayonunda 2864 m³/s[10], Yeniseykada 7724 m³/s[11], Podkamennaya Tunquska bitişdikdən sonra 10768 m³/s[12], İqarkada 18395 m³/s[13] Təşkil edir.

Yeniseydə orta aylıq axın (m³/san), İqarkada 1936–1999 illər ərzində ölçülmüşdür.

İllik su axınına görə Yenisey Rusiyada birinci yeri tutur. İlik su axını mənsəbdə 19 800 m³/s təşkil edir.

Yeniseyin əhəmiyyətli qolları: sol — Xemçik, Kanteqir, Abakan, Kem, Kas, Sım , Dubçev, Elaquy, Turuxan, Kiçik Xeta, Böyük Xeta, Tanama, Qryazxuna; sol — Us çayı, Kebej, Tuba çayı, Sıda, Sisim, Mana, Kan çayı, Anqsra çayı, Böyük Pit, Podkamennaya Tunquska, Baxta, Aşağı Tunquska, Kureyka, Xantayka, Dudinka çayı. Yeniseyə ümumi olaraq 500-dən çox çay tökülür. Onların ümumi uzunluğu 300 000 km-dir[14].

Yeniseyin su sərfiyyatına ən çox sol qollar təsir göstərir. Əsas AnqaraAşağı Tunquska çayları onun su sərfiyyatının böyük qismini təşkil edir[15][16].

  1. "Круизы". UN Member States Portal. 2012-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  2. Печёрская Т. Ф. "Конспект урока по чтению, 1-й класс". Фестиваль педагогических идей «Открытый урок». Издательский дом «Первое сентября». 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  3. Долгополова М. "Наш удивительный красавец Енисей". Информационный туристический портал Красноярского края. 2012-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  4. Кузнецов Н. "Есть настоящая жизнь! или Как доплыть до Северного Ледовитого океана". Газета «Оренбургский университет». 2006-05-31. 2012-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  5. "Скиталец. Сервер для туристов и путешественников". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  6. "Промышленные ведомости. Открыты истинные истоки Лены и Енисея". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-14.
  7. "Yenisey at Kyizyil". 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  8. "Yenisey at Nikitino". 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  9. "Yenisey at Krysnoyarskaya GES". 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  10. "Yenisey at Bazaikha". 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  11. "Yenisey at Eniseysk". 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  12. "Yenisey at Podkamennaya Tunquska". 2017-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  13. "Yenisey At Igarka" (ingilis). 2013-04-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-29.
  14. "Великие реки России" (PDF). 2014-02-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-07.
  15. Angara At Tatarka Arxivləşdirilib 2011-07-20 at the Wayback Machine, R-Arcticnet V4.0
  16. Nizhnyaya Tunguska at Fakt`Bolshoy Porog Arxivləşdirilib 2016-03-24 at the Wayback Machine, UNESCO: Water resources