Çernoreçen su anbarı çeç. Черноречьен хи латтийла | |
Ölkə | Rusiya |
Region | Çeçenistan |
Tikilmə tarixi | 1.960 |
Dəniz səviyyəsi | 170 m |
Uzunluğu | 1.600 m |
Eni | 700 m |
Sahəsi | 1,192 m² |
Orta dərinliyi | 6 m |
Tökülən çay | Qoyta |
Axan çay | Qoyta |
Çernoreçen su anbarı (çeç. Черноречьен хи латтийла) (Qroznı dənizi kimi də adlandırılır) — Çeçenistanın paytaxtı Qroznı şəhərindəki su anbarı. Su anbarının adı şəhərin Çernoreç mikrorayonun adı ilə əlaqəlidir. Məhs su anbarı bu rayonun ərazisindədir. 1961-ci ildə Qoyta çayı üzərində uzunluğu 800 metr olan bəndin inşası nəticəsində su anbarı yaranmışdır. Su anbarı yaxınlığında dendrari parkı var.[1] Su anbarının sahəsi — 117 km²-dir. Dəniz səviyyəsindən hündürlüyü — 170 metrdir. Uzunluğu — 1,6 km, eni isə 700 metrdir. Çernoreçen su anbarının sahəsi 1,192 км² olun orta dərinliyi 6 metrdir. Bəndin hündürlüyü 14 metr, uzunluğ isə 800 metrdir.[2]
2012-ci ildə su anbarı ətrafında idman-istirahət turizm kompleksinin tikintisinə start verildi. Ümumi sahəsi 300 hektar olan bu kompleksin — 119,2 hektarı hovuzlardır.
Kompleks daxilində 100 yerlik 5 ulduzlu otel var. Sahəsi 9 min m² olan 400 yerlik restoran fəaliyyət göstərir. Bundan başqa ayrıca 240 yerlik, hündürlüyü 50 metr olan orta əsr abidəsi formasında olan restoran var.
Beş mərtəbəli «Akva» əyləncə mərkəsinin sahəsi 3 hektardır. Park ərazisində uşaq parkı, müşahidə meydançası, ailəvi istirahət və idman-sağlamlıq mərkəzi fəaliyyət göstərir. İdman mərkəzində məşq və müalicə zalları, idmançıların istirahət zonası var. Kompleksdə idmançılar üçün 100 yerlik otel fəaliyyət göstərir. Ümumi kompleksin tikintisin 21,5 milyard rubl sərf edilib[3].
2015-ci ilin 5 oktyabrında ərazidə dünada ən böyük və yeganə musqiqili-rəngli, suda batan fontan işə salındı. Fontanın uzunluğu 300 m, eni 40 m, hündürlüyü isə 100 m-dir. Fontan şırnağı ölçüləri 25X18 metr olan iki ekran yaradır ki, orda bir çox video materiallar nümayiş olunur. Fontanın kontruksiyasında 3600 müxtəlif rəngli projektor mövcuddur. [4]
Çernoreçen su anbarında sovet dövründə qayıq idmanı üzrə SSRİ birinciliyi keçirilirdi[5]. Çempionatda sovet respublikalarından komandalar iştirak edirdi[6].