Çevrilmiş diod — cırlaşmış tunel diodudur. Əks gərginlik tətbiq edildikdə tunel effekti hesabına belə diodların keçiriciliyi düz istiqamətdəkinə nisbətən çox böyük olur. Çevrilmiş diodlar düzləndirici xassələrə malikdir. Lakin onlarda keçirici istiqamət əks gərginliyə, bağlayıcı istiqamət isə düz gərginliyə uyğundur. Çevrilmiş diodlar çox kiçik İYT gərginlikləri düzləndirmək üçün istifadə olunur.[1]