Diod

Kvadrat formalı yarımkeçirici kristal diodun yaxından görünüşü (soldakı qara obyekt)

Yarımkeçirici diod (yun. δις[1] - iki, od ὁδός - yol) — bir p-n keçidə malik olan və iki elektrik çıxışı olan cihaz. Yarımkeçirici diodun bu gün ən ümumi tipi iki elektrik terminalı üçün əlaqələnmiş p-n keçidli yarımkeçiricinin kristallik hissəsidir. Vakuum boru diodu iki elektroda malikdir: anod və qızdırılmış katod. Yarımkeçirici diodlar birinci yarımkeçirici elektron qurğusudur. Birinci yarımkeçirici diodlar kristal detektor adlandırıldı. Bu gün diodların çoxu silisiumdan hazırlanır, ancaq bəzən selengermanium kimi başqa yarımkeçiricilərdən də istifadə edilir.

Yarımkeçirici diodların növləri.

Əsas funksiyaları

[redaktə | mənbəni redaktə et]

Diodun ən ümumi funksiyası əks istiqamətdə cərəyan maneəyə rast gələrkən, bir istiqamətdə elektrik cərəyanın keçməsini təmin etməkdir. Başqa funksiyasıda dəyişən cərəyanı sabit cərəyana çevirməkdir. Həmçinin radioda radio siqnalların amplitud modulyasiya hasilatını o cümlədən qəbul edilən siqnalların düzləndirməsidir.

Vakuum boru diodları və yarımkeçirici diodlar təxminən eyni vaxtda radio qəbuledici detektorları kimi 1900-cü ilin əvvəllərində ayrı-ayrılıqda inkişaf edib. Diodların inkişafı iki istiqamətdə dərhal XIX əsrin üçüncü rübündə başlayıb: 1873-cü ildə britaniyalı alim Frederik Qutri termion (vakuum lampa) diodları fəaliyyət prinsipini[2][3] həmçinin 1874-cü ildə alman alimi Karl Ferdinand Braun kristallik (bərk cisimli) diodun fəaliyyət prinsipini açıb.

Termion diodların iş prinsipi 13 fevral 1880-ci ildə Tomas Edison tərəfindən yenidən açılıb və 1883-cü ildə patentləşdirilib (patent ABŞ № 307031). 1899-cu ildə alman alimi Karl Ferdinand Braun kristalı üçün düzləndirici patentini aldı.[4] Təxminən 1900 illərdə Qrinlif Pikard kristal diodda ilk radio qəbul edici düzəltdi. Birinci termion diodu Britaniyada Con Ambroz Fleminqom 16 noyabr 1904-cü ildə (ABŞ patenti noyabr 1905-ci il tarixli № 803684 saylı) patentini alıb. 20 noyabr 1906-cı ildə Pikard silisium kristal detektor (ABŞ patenti № 836531) patentini aldı.

Bu cür qurğunun əsrin sonlarında XIX düzləndiriciləri adı ilə məlum idi və yalnız 1919-cu ildə, Vilyam Henri "diod" adlandırmağa başladı, yunan sözlərindən əmələ gəlib və "di" — iki, "odos" — yol deməkdir.[5]

Diodların tipləri

[redaktə | mənbəni redaktə et]

İndiki zamanda ən çox yarımkeçirici diodlardan istifadə olunur.
Diodların növləri:[6]

 
 
 
 
 
 
 
Diod
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yarımkeçirici
 
 
 
 
 
 
 
 
Qeyri Yarımkeçirici
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Germaniumlu
 
Silisiumlu
 
 
Qallium Arsenidi ilə
 
 
Qaz doldurulmuş
 
Vakuumlu


Elektron simvolları

[redaktə | mənbəni redaktə et]

Dövr diaqramında yarımkeçirici diod üçün istifadə edilmiş simvol diodun tipini müəyyən edir. Diodların bəzi tipi üçün əlavə simvollar var, ancaq onlar arasındakı fərqlər kiçikdir.

  1. Словарь по кибернетике / Под редакцией академика В. С. Михалевича. — 2-е. — Киев: Главная редакция Украинской Советской Энциклопедии имени М. П. Бажана, 1989. — 751 с. — (С48). — 50 000 экз. — ISBN 5-88500-008-5.
  2. Frederick Guthrie (October 1873) "On a relation between heat and static electricity," On a relation between heat and static electricity Arxivləşdirilib 2022-08-01 at the Wayback Machine" The London, Edinburgh and Dublin Philosophical Magazine and Journal of Science, 4th series, 46 : 257–266.
  3. 1928 Nobel Lecture Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine Owen W. Richardson, "Thermionic phenomena and the laws which govern them", December 12, 1929
  4. "DIODE". 2006-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-21.
  5. "Your Dictionary". 2014-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-21.
  6. "Elektrotexnika, radiotexnika və elektronika" (PDF). 2014-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-23.