Çexiya musiqisi — Çexiyada musiqi.
Musiqi Çexiya respublikasındakı xalqların və kəndlilərin həyatında əhəmiyyətli rol oynamışdır. Musiqi emosiyaları ifadə etmənin və göstərmənin yolu idi. Ortaya çıxan musiqinin mənşəyi yalnız bölgəyə görə deyil həm də istifadə məqsədinə görə fərqlənirdi. Musiqi tez-tez gündəlik mövzularla (məişət həyatı) ilə bağlı idi və şifahi olaraq keçirdi. 19-cu əsrdən etibarən bu etnoqraflar tərəfindən qeydə alınmağa başladı. Baharın gəlişi, uğurlu məhsul yığımı kimi ənənəvi bayramlar mahnılarla qeyd olunan hadisələr arasındadır. Daha canlı mövzulardan toy və yas mərasinləri ərzində xüsusi olaraq istifadə olunurdu. Cənazə mərasimlərinin və kədərli zamanların öz musiqiləri və melodyaları vardı.
Mahnılar xüsusilədə rəqslər gənc çexlərin orduya zorla alınması ilə bağlı idi və buna bəzi regionlarda “verbuňk” deyirdilər. Orduya məcburi çağırışlar adətən müharibə dövründə baş vermiş və bu mahnılar Çex xalq musiqisində xüsusi yerə sahibdirlər. Və onların hamısı YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Burada bir neçə musiqi alətləri vardır ki onlar öz fərqli səsləri ilə Çex xalq musiqisinə töhfə vermişlər. Bunlar skripka və kontrabas, Bohemiya və Moraviyaya spesifik alət olan tuluqzurnası (bock), çoban zurnası, dultsimer (dulsimer) və trubadır. Bunların hamısı folklor qruplarının çıxışları ərzində aktiv istifadə olunur.
Çex torpaqlarının musiqisi Bohemiya, Moraviya və Çex Slzeyasının musiqi ənənələrini özündə birləşdirir. Bohemiya milli musiqisinə tuluqzurnaların yayğın olduğu Chodsko musiqisi daxildir. Moravya milli musiqisi cimbalom ilə tanınır və o kontrobas(double bass), violinlərin (skripka), klarnetlərin də olduğu ansambıllarda çalınır. Moravyanın milli musiqisi xüsusilə Ruminya və Ukrayna mirasına sahib Valachiada regional təsirlərə malikdir və Polşa aspektləri ilə Slovakiya və Lachia ( Şimal Moravya və Çex Slezyası sərhədləri) ilə yaxın mədəni əlaqələri vardır. Moraviyanın xalq qrupları müxtəlif mahnılarda sıx-sıx performans göstərirlər, çünki bəzi mahnılarda xüsusi musiqi alətlərinin müşaiyəti lazım gəlir. Tuluqzurna-Moravya dialektində gajdy, yayğın olaraq skripka (violin), viola və kontrabas müşaiyətində «gajdošská muzika» nın ayrılmaz parçasıdır. Bəzi tipik skripka xüsusiyyətlərinin aradan qaldırılması Jihlava bölgəsinin köhnə Bohemiya- Alman ərazisində qıcırdayan skripka adlı alətin meydana gəlməsinə səbəb oldu. Bu tip evdə düzəldilmiş «xalq skripkası» skřipkařská musiqisinin (qıcırdayan skripka qrupu) öndə gələn musiqi alətidir.