Çexov küçəsi (Taqanroq)

Çexov küçəsiTaqanroq şəhərində yerləşən küçə. Şəhərin ən uzun küçələrindən biri hesab edilir. Görkəmli rus yazıçısı, Taqanroq şəhər sakini Anton Pavloviç Çexovun şərəfinə adlandırılmışdır.

Küçə öz başlanğıcını Şevçenko ilə Qreçeskaya küçələrinin birləşməsindən götürür. Yaxınlıqda Taqanroq dəniz ticarət limanı yerləşir. Şimal-qərbində isə başlsnğıcı şəhərin tarixi hissəsi olan Lüksenburq Qızılgülləri ilə Aleksandrovskaya küçələrinin başlanğıcından götürür. Burada isə mərkəzi bazar yerləşir. Bu uzun məsafədə uzandıqca o Komsomolski və Qoqolevski xiyabanları ərazisindən keçir. Qərbə doğru uzanan küçə aşağıdakı küçələrlə kəsişi: Kalinin, Jdanov, Lomonosov, Fadeev, və b. Küçənin uzunluğu — 7850 m[1]

Binaların sıralaması Şevçenko küçəsi istiqamətdən başlayır.

Küçənin adı

[redaktə | mənbəni redaktə et]

Xronoloji olaraq küçənin adları: Prodolnaya, Kupeçeskaya, Polseyskaya, Aleksandrovskaya. Aleksandrovskaya adı küçəyə I Aleksandrın şərəfinə verilmişdir. Anton Pavloviç Çexovun adı isə küçəyə onun ölümündən sonra verilmişdir.

Küçədə yerləşir

[redaktə | mənbəni redaktə et]
rigth

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • «Piter» qalereyası— Çexov küçəsi, 2.
  • Taqanroq politexnik muzeyi — Çexov küçəsi, 22 «B».
  • «Çexovun evi» — Çexov küçəsi, 69.
  • Anton Çexovun büstü — Çexov küçəsi, 69.
  • Bladimir Mixayloviç Petlyakovun büstü — Çexov küçəsi, 75.
  • İvan Dmitrieviç Vasilenkonun muzeyi — Çexov küçəsi, 88.
  • Anton Kuzmiç Qluşkonun büstü — Çexov küçəsi, 105.
  • Qrekovun villası — Çexov küçəsi, 121.
  • Arxierey binası (Taqanroq) — Çexov küçəsi, 129.
  • Müqəddəs-Troyski məbədi — Çexov küçəsi, 344/1.

Mühüm bina və müəssisələr

[redaktə | mənbəni redaktə et]
  • "A" korpusu (TRTİ) — Çexov küçəsi, 22.
  • Şəhər daxili avtovağzal — Çexov küçəsi, 126 «А».
  • Mərkəzi bazar — Qoqolev xiyabanı ilə kəsişdiyi ərazidən başlayır.
  • Əşya bazarı «Rus çölü» — Çexov küçəsi, 320.
  • «Prostokvaşino» bazarı — Çexov küçəsi, 351.
  1. Киричек М. С. По ладоням твоих площадей. — Таганрог: Лукоморье, 2007. — С. 34. — ISBN 978-5-902450-13-9.