Çezare Lombrozo (it. Marco Ezechia Lombroso; 6 noyabr 1835[1][2][…], Verona, Veneto – 19 oktyabr 1909[1][2][…], Turin) — kriminologiya və cinayət hüququnda antropoloji istiqamətin əsasını qoyan və əsas ideyasını anadangəlmə cinayətkar olduğunu təşkil edən italyan həbsxana həkim-psixiatrı.
Çezare Lombrozo | |
---|---|
it. Cesare Lombroso | |
Doğum adı | Marco Ezechia Lombroso |
Doğum tarixi | 6 noyabr 1835[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 19 oktyabr 1909[1][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | Kriminologiya, psixiatriya |
İş yerləri |
|
Təhsili |
|
Tanınmış yetirmələri | Kamillo Qolci |
Vikianbarda əlaqəli mediafayllar |
Lombrozo 6 noyabr 1835-ci ildə Veronada varlı yəhudi ailəsində anadan olmuşdur. O, Paduya, Vyana, Parisdə olan universitetlərdə ədəbiyyat, linqvistika və arxeologiyanı öyrənsə də, sonradan öz planlarını dəyişərək 1859-cu ildə orduda cərrah kimi fəaliyyət göstərməyə başlayır. 1866-cı ildə Paviyada dəvət olunmuş rektor təyin olunsa da, 1871-ci ildə Pezaroda yerləşən psixiatriya xəstəxanasına rəhbərlik etmişdir. Lombrozo 1876-cı ildə Turin universitetinin məhkəmə tibbi və ictimai gigiyena şöbəsinin professoru təyin olunur. Həmin ildə o özünün daha vacib və nüfuzlu işi hesab edilən L Uomo delinquente (Cinayətkar insan) əsərini yazmışdır. O, 1909-cu ildə Turində vəfat etmişdir.
1863-cü ildə Lombrozo özünün Dahilik və Dəlilik kitabını nəşr etdirir. O, bu kitabda dahi insanlarla dəlilər arasında paralel şəkildə müqayisələr aparmışdır. Bu kitabda o, bəşəriyyətin böyük nümayəndələrinin əməli şəkildə diaqnozunu vermişdir. Lombrozonun öz kitabında haqqında yazdığı məşhur insanların hamısı artıq dünyasını dəyişdiyindən onlar yazılanları təkzib edə bilmirdilər. O, bu əsərində dahi insanlarla dəli insanların fiziki oxşarlığı və müxtəlif hadisələrin (atmosfer, irsiyyət) dahiliyə və dəliliyə təsiri haqda yazmışdır. Bu əsərdə o, çoxlu misallar gətirərək, yazıçıların bir çoxunda psixi pozuntunun, dahi insanların xüsusi özünəməxsusluqlarının olmasını və dahi insanların eyni vaxtda dəlilikdən əziyyət çəkdiyini bildirmişdir. Lombrozo cinayətkarları 4 tipə ayırmışdır:
Nəzərə almaq lazımdır ki, verilən tipologiya bugünə qədər də saxlanılır.