Çiçək və Daş (hind: फूल और पत्थर, Rom: Phool aur Patthar) — rejissor O. P. Ralhanın çəkdiyi və 1966-cı ildə nümayiş etdirilmiş hind filmidir. Filmdə baş rollarda Dharmendra və Meena Kumari çəkilmişdirlər[1][2][3]. Filmdə həmçinin Şaşikala, Lalita Pavar, Madan Puri və İftexar çəkilmişdirlər. “Çiçək və Daş" filmi Dharmendranı vəsf edən bir filmdir. Film kassada 2,75 kror gəlir əldə edərək ilin ən çox gəlir gətirən filmi olmuş və blokbaster statusu qazanmışdır[4]. Film 1968-ci ildə ABŞ-da, 1970-ci ildə isə SSRİ-də 46,4 milyon insan tərəfindən izlənilmişdir[5]. 1968-ci ildə filmin M. G. Ramachandranın baş rolda oynadığı tamil dilində remeyki və 1979-cu ildə Puthiya Veliçamın baş rolda oynadığı Malayalam dilindəki Oli Vilakku adlı remeyki buraxılmışdır[6].
Çiçək və daş | |
---|---|
hind. फूल और पत्थर | |
Janr | döyüş filmi, melodram[d] |
Baş rollarda | |
İlk baxış tarixi | 1966 |
Müddət | 156 dəq. |
Ölkə | |
Dil | Hind dili |
IMDb | ID0139525 |
Şəhərdə insanları tələf edən dəhşətli xəstəlik yayılır. Şəhər sakinlərinin bir çoxu yaşadıqları yerləri tərk edir. Şanti adlı cavan qadının ailəsi də çıxıb getmək qərarını verib və onu böyük, zəngin evdə xəstə vəziyyətdə tək qoyurlar. Evə Şaka adlı oğru və quldur soxulur, lakin can verən qızı görüb ona qulluq edərək sağaldır. Qadın onu ölüm ayağında buraxıb gedən ailəsini bağışlamaq istəmir. Bu qarşısında çoxlu maneə olan əsl məhəbbətdir...