Mina Kumari (əsl adı Məhcabin Banu; 1 avqust 1933[1][2] – 31 mart 1972[1][2], Bombey) 31 mart 1932-ci ildə Hindistanın Bombey şəhərində dünyaya gəlmişdir. Atası Əli Baks musiqiçi idi, müsəlman olub, anası İqbal Begüm isə rəqqasə olub. Səkkiz dəfə namizəd olduğu "Filmfare Awards" mükafatına "Ən yaxşı qadın rolu" ifaçısı kimi dörd dəfə layiq görülmüşdür. 1939–1972-ci illər arası 99 filmdə rol almışdır. Kütləvi informasiya vasitələri və bədii ədəbiyyatda oynadığı rollara və həyatına görə ona "Faciə kraliçası" ləqəbi verilib. 1952-ci ildə aktyor və rejissor Kamal Əmrahi ilə (1918–1993) gizli şəkildə evlənirlər. Həmin vaxt Kamal Əmrahi evli idi və üç uşaq atası idi. Mina Kumari Kamal Əmrahi ilə 12 il evli qalır. Minanın atası daxil olmaqla, bütün qohumları bu izdivacın əleyhinə idilər. Onlar hesab edirdilər ki, Kamal Əmrahi Mina ilə yalnız ondan "istifadə" etmək üçün evlənib. Minanın bacısı Madhu hesab edirdi ki, Kamal ər yox, mal satan alverçi idi. 1964-cü ildə cütlük ayrılır və bundan sonra Mina içkiyə qurşanır. Sonralar aktyor Gülzar, ondan sonra isə Dharmendra ilə görüşür. Lakin Kamal Əmrahidən sonra heç kimlə ciddi münasibəti olmur. Mina Kumari 31 mart 1972-ci ildə Bombey xəstəxanasında komadan ayılmayaraq, qaraciyər sirrozundan dünyasını dəyişmişdir. Keçmiş əri Kamal Əmrahi isə 1993-cü ildə vəfat edir və Mumbaydakı Rəhmətabad adlı hind-İran qəbiristanlığında Mina Kumarinin yanında dəfn edilir.
Mina Kumari | |
---|---|
hind. मीना कुमारी | |
Doğum adı | महजबी बानो |
Doğum tarixi | 1 avqust 1933[1][2] |
Vəfat tarixi | 31 mart 1972[1][2] (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər sirrozu |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa, şair, kostyum dizayneri[d], müğənni |
Fəaliyyət illəri | 1939–1972 |
IMDb | ID0474932 |
Vikianbarda əlaqəli mediafayllar |