Çiçəkaltlıqlı tıs-tıs (lat. Acantholimon bracteatum) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.
Çiçəkaltlıqlı tıs-tıs | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Çiçəkaltlıqlı tıs-tıs |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Cənubi Qafqaz, Şərqi Anadolu, İran, Asiyada təbii halda yayılmışdır.
Diametri 10-15 sm olan yastıqvari formalı alçaq koldur. İran-Turan coğrafi elementinə daxildir. Yastığı olduqca sıxdır. Yarpaqları dağınıq şəkildə olub, iynəvari tikanlıdır. Çiçək oxu 2-3 dəfə yarpaqlardan uzundur. Sünbül 2-5 çiçəklidir. Xarici çiçəkaltlıqları yumurtavari, dəyirmi-pərdəvari, iri olub, çiçəkləri əhatə edirlər. Daxili çiçəkaltlıqları isə kiçikdir. Kasacığı çılpaq, tünd qırmızımtıl və ya çəhrayı rənglidir. Tacı açıq çəhrayıdır. İyun-iyul ayında çiçəkləyir, iyul-avqustda toxumları yetişir.
Kserofitdir. Dəniz səviyyəsindən 1500-2300 metr hündür ərazilərdə, daşlı-çınqıllı yamaclarda və qayalıqlarda yayılmışdır.
İranın şimal-qərbində, Qərbi Azərbaycan ostanının Seyid Hacı kəndinin ətrafından toplanlan nümunələrə əsasən təyin edilmişdir. Naxçıvan MR-da, Qarabağda yuxarı dağ yamaclarında təbii halda yayılmışdır.
Tərkibində aşı maddələri vardır, yaşıllaşdırmada istifadəsi tövsiyə olunur.