Çikaqo planı

Çikaqo planı (ing. Chicago plan) — 1930-cu illərdə Böyük Depressiya dövründə ABŞ-da təklif olunan, maliyyə sabitliyini artırmaq və iqtisadi böhranların qarşısını almaq üçün hazırlanmış bir iqtisadi islahat proqram.[1] Plan əsasən qismən rezervasiyalı bank sistemini tam rezervasiyalı bank sisteminə dəyişdirməyi və pul təchizatını kommersiya banklarının nəzarətindən çıxarıb dövlətin və ya mərkəzi bankın tam nəzarətinə verməyi təklif edirdi.[2]

Bank böhranlarının qarşısını almaq üçün tam rezervasiyalı sistem təklif olunurdu.[3][4] Bu sistem bankların müştərilərin əmanətlərini tam ehtiyatla təmin etməsini tələb edirdi.[5] Yeni pulun yaranması yalnız dövlət və ya mərkəzi bank tərəfindən həyata keçirilməli idi. Kommersiýa bankları öz fəaliyyətlərində pul yaratma hüququna malik olmayacaqdı. Borcları azaltmaq və deflyasiya riskini aradan qaldırmaq üçün dövriyyəyə yeni dövlət pulu buraxılacaqdı.[6]

Banklar yalnız müştəri əmanətlərini saxlayacaq, bu əmanətlərdən kredit verməyəcəkdi.[7] Kreditlər yalnız dövlət tərəfindən verilən yeni pullardan və ya bankların öz kapitalından təmin ediləcəkdi. Banklar yalnız depozitlər üçün vasitəçilik edəcək, pul yaratma prosesindən tamamilə uzaqlaşdırılacaqdı.[8] Dövlət mərkəzi bank vasitəsilə dövriyyəyə əlavə pul buraxaraq borc yükünü azaltmaq üçün istifadə edəcəkdi. Pul dövriyyəsinin idarəçiliyi mərkəzi bankın əlində cəmlənəcək və iqtisadi sabitliyə yönəlmiş siyasətlər həyata keçiriləcəkdi.[9]

Üstünlükləri və çətinlikləri

[redaktə | mənbəni redaktə et]
Üstünlükləri Çətinlikləri
Banklar depozitləri ehtiyatda tam saxladığı üçün müştərilərin pullarını çıxarmaq tələbləri heç bir likvidlik probleminə səbəb olmayacaq.[10] Banklar depozitlərdən kredit verə bilmədiyi üçün kredit bazarında daralma baş verə bilər.
Pul təchizatı üzərində tam dövlət nəzarəti inflyasiya və deflyasiya risklərini azaltmağa kömək edəcək. Pul yaratma prosesi tamamilə dövlətin əlində olduğu üçün yanlış idarəetmə riski artır.
Dövlətin yeni pul yaratması ilə borcların ödənməsi mümkün olacaq. Qismən rezervasiyalı sistemdən tam rezervasiyalı sistemə keçid iqtisadiyyatda böyük dəyişikliklər tələb edir.[11]

Müasir dövrdə Çikaqo planı

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Beynəlxalq Valyuta Fondu (IMF) Çikaqo Planının[12] prinsiplərinə bənzər bir sistemin müasir tətbiqini araşdırdı və bu modelin borc yükünü azaltmaq,[13] inflyasiyanı idarə etmək və maliyyə sabitliyini artırmaq üçün potensial üstünlüklər təqdim etdiyini bildirdi.[14] Çikaqo Planı radikal bir iqtisadi islahat modeli olaraq qalır və geniş şəkildə tətbiq edilməsə də, maliyyə sabitliyinə dair müzakirələrdə əhəmiyyətli yer tutur.[15] Təklifin əsas dəyəri qlobal maliyyə sistemində pulun idarə olunmasına dair daha sabit və ədalətli mexanizmlərin zəruriliyini vurğulamasıdır.[16]

  1. Phillips, R. J. (1995), The Chicago Plan and New Deal Banking Reform, Armonk, NY, M. E. Sharpe, pp. 45, 63, 191.
  2. Simons, H. C. et al. Banking and Currency Reform, Memorandum dated November 1933, reprinted in Samuels, W. (ed.), 1994, Research in the History of Economic Thought and Methodology, Archival Supplement 4, JAI Press Inc., 31–40.
  3. Phillips, Ronnie J., The 'Chicago Plan' and New Deal Banking Reform, Working Paper No. 76 (PDF), The Levy Economics Institute, June 1992, 2015-08-10 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-12-02.
  4. Huerta de Soto, Jesús, Money, Bank Credit, and Economic Cycles (PDF), Ludwig von Mises Institute, 2006, 731–735, 2018-12-26 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-12-02.
  5. Simons, Henry C. 1934. A Positive Program for Laissez Faire Arxiv surəti 13 aprel 2022 tarixindən Wayback Machine saytında. The University of Chicago Press.
  6. Simons, H. C. et al. Banking and Currency Reform, Memorandum dated November 1933, reprinted in Samuels, W. (ed.), 1994, Research in the History of Economic Thought and Methodology, Archival Supplement 4, JAI Press Inc., 31–40 (p. 35).
  7. Currie, L. B. (1934), The Supply and Control of Money in the United States, New York, NY, Russell & Russell, pp. 151–156.
  8. Fisher, I. (1935), 100% Money Arxiv surəti 21 sentyabr 2024 tarixindən Wayback Machine saytında, 2nd ed., 1936, New York, NY: Adelphi.
  9. Simons, H. C. et al. Banking and Currency Reform, Memorandum dated November 1933, reprinted in Samuels, W. (ed.), 1994, Research in the History of Economic Thought and Methodology, Archival Supplement 4, JAI Press Inc., 31–40 (pp. 34–35).
  10. Simons, Henry C. 1934. A Positive Program for Laissez Faire Arxiv surəti 13 aprel 2022 tarixindən Wayback Machine saytında. The University of Chicago Press, p. 25.
  11. Demeulemeester, S. (2018). The 100% Money Proposal and its Implications for Banking: The Currie–Fisher approach versus the Chicago Plan Approach, The European Journal of the History of Economic Thought, vol. 25, no. 2, p. 357–387.
  12. M. King, The End of Alchemy (London 2017) p. 262.
  13. Quoted in M. King, The End of Alchemy (London 2017) p. 263.
  14. Phillips, R. J. (1995), The Chicago Plan and New Deal Banking Reform, Armonk, NY, M. E. Sharpe, p. 53.
  15. Fisher, I., [1936] 2009, "100% Money and the Public Debt Arxiv surəti 3 oktyabr 2024 tarixindən Wayback Machine saytında", p. 15.
  16. M. King, The End of Alchemy (London 2017) p. 388.
  • Douglas, Paul H.; Hamilton, Earl J.; Fisher, Irving; King, Willford I.; Graham, Frank D.; Whittlesey, Charles R. (July 1939), A Program for Monetary Reform (original scanned PDF), (transcript text here), archived from the original (PDF) on 26 July 2011