Çiken burnu

Çiken burnu (ukr. Чікенин) — Krım yarımadasının cənub-şərqində yerləşən burun. Novı Svet və Morskoye qəsəbələri arasında yerləşir. "Novı Svet" botanik yasaqlığı ərazisinə daxildir. Burun Karaul Oba dağının Qara dənizə olan bir çıxıntısıdır.

Çiken burnu
Yerləşməsi
44°48′59″ şm. e. 34°53′37″ ş. u.HGYO
Akvatoriya Qara dəniz
Ölkə  Ukrayna
Çiken burnu xəritədə
Çiken burnu
Çiken burnu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağ Dəliliman və Kutlak buxtalarını ayırır.

Burun Karaul-Oba dağları[1] kimi qədim mərcan rifidir. Əsasən əhəng daşından təşkil olunmuşdur. Bəzi mənbələrdə Çiken burnunu Koba Kaya dağının bir cənub-şərq çıxıntısı hesab edirlər.

  1. Ламан Н. К., Борисова А. Н. Князь Лев Сергеевич Голицын: выдающийся русский винодел. — 2. — Наука, 2000. — С. 63. — 380 с.