Mənşəyi Cənubi Amerikadır (Çili, Argentina).
Çili pişikdırnağı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Çili pişikdırnağı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 6-8 m-ə çatan, yumru çətirli, həmişəyaşıl və ya yarpağını tökən ağacdır. Gövdəsi qısa, yerlə sürünən, qabığı cod, dərin yarıqlı, budaqları əyilmiş, üzəri seyrək, iri iynələrlə örtülmüşdür. Yarpaqları cüt lələkvari, üzbəüz yerləşmiş, parlaq yaşıldır. Çiçəkləri yaşılımtıl - ağ və ya sarı, uzun erkəkcikli, uzunluğu 12 sm-dək olan sıx, tükcüklü, sallaq çiçək qruplarına yığılmışdır. Meyvəsi oraqvari əyilmiş qınlıdır. Toxum və qələmlərlə çoxalır. Ekologiyası: Quraqlığa, istiyə davamlıdır. Drenajlı, qələvi torpaqlarda yaxşı bitir. Torpağı həmişə çox az miqdarda rütubətli olmalıdır. Qışda yarpaqlarını tökərək, -100C-dək şaxtaya dözür.
Quraqlığa, istiyə davamlıdır. Drenajlı, qələvi torpaqlarda yaxşı bitir. Torpağı həmişə çox az miqdarda rütubətli olmalıdır. Qışda yarpaqlarını tökərək, -100C-dək şaxtaya dözür.
Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya olunmuşdur.
Budanma ilə lazımı ölçülərini saxlamaq və bonsay üslubunda formalaşdırmaq olar. Dərman və qida əhəmiyyətli bitkidir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov