Çimərlikdə seks vodka, şaftalı şnapsı, portağal və zoğal şirəsi tərkibli spirtli kokteyldir . Bu , Beynəlxalq Barmenlər Assosiasiyasının rəsmi kokteylidir.
Mütəmadi içki kimi təsnif edilir. Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) “Müasir Klassiklər” kateqoriyasındakı rəsmi kokteyllərindən biridir.
Resept 1980-1990-cı illərdə "Şortda qum" (ing.Sand in your shorts) və "Çimərlikdə əyləncə" (ing.Fun on the beach) adları altında ortaya çıxdı. Hesab olunur ki, kokteyl populyarlığı üçün personajları tez-tez bu xüsusi kokteyli içdikləri "Santa Barbara" serialına borcludur.
BBA resepti:
vodka - 40 ml (2 hissə)
şaftalı şnapsı - 20 ml (1 hissə)
təzə sıxılmış portağal şirəsi - 40 ml (2 hissə)
zoğal suyu - 40 ml (2 hissə).
Tərkiblər buzlu highball stəkana tökülür (lakin qarışdırılmır). Kokteyl stəkana taxılmış yarım dairə portağal ilə verilir.
Kokteylin iki ümumi növü var:
İçki highball şüşəsində buz üzərində hazırlanır və portağal dilimi ilə bəzədilir. Bəzən daha az proporsiyalarda qarışdırıb və qədəhdə (ing. shot, rus. рюмка) servis edirlər.
Bəzi törəmə variasiyaların öz adları var: