BBA-nın rəsmi kokteylləri Beynəlxalq Barmenlər Assosiasiyası (BBA) tərəfindən ən çox sifariş edilən reseptlər kimi tanınan kokteyllərdir.[1] Siyahı 1960-cı ildən hazırlanıb və 50 kokteyldən ibarət ilk versiya 1961-ci ildə paykaşılıb.[1] O vaxtdan etibarən vaxtaşırı təftişlərdən keçib və 2023-cü ilə qədər 3 kateqoriyada 89 kokteyldən ibarətdir;
2021-ci ilə kimi, üç kateqoriyaya bölünən 89 BBA rəsmi kokteyli var: unudulmazlar, müasir klassiklər və yeni dövr içkiləri.
33 içki:
Aleksaner - konyak, kakao likörü (crème de cacao) və qaymaqdan hazırlanır.
Amerikano - campari, şirin vermut, köpüklü versiya üçün isə qazlı su ilə hazırlanır və bir dilim limonla bəzədilir.
Mələk üzü (Angel face) - bərabər miqdarda cin, ərikli brendi və kalvados ilə hazırlanır.
Aviasiya - cin, maraskin, crem de violette və təzə sıxılmış limon şirəsi ilə hazırlanır. Bəzi reseptlərdə crème de violette yoxdur.
Çarşablar arasında - ağ rom (və ya digər yüngül rom), konyak, tripl-sek və təzə sıxılmış limon şirəsi ilə hazırlanır.
Bulvar - burbon və ya çovdar viskisi, şirin qırmızı vermut və acı campari ilə hazırlanır.
Brendi krasta - konyak, maraskin, kürasao, təzə sıxılmış limon suyu, şəkər siropu və Anqostura ilə hazırlanır.
Kazino - cin, maraskin, portağal bitteri və təzə sıxılmış limon şirəsi ilə hazırlanır.
Klaver klab - cin, təzə sıxılmış limon şirəsi, moruq siropu və yumurta ağı ilə hazırlanır.
Daykiri - rom, meyvə şirəsi (tipik olaraq, laym şirəsi), şəkər tozu və ya digər şirinləşdirici.
Martini - cin və ağ vermutla hazırlanır, zeytun və ya limon qabığı ilə bəzədilir.
Cin fizz - cin, təzə sıxılmış limon şirəsi və şəkərdən hazırlanmış, buzla çalxalanaraq, stəkana tökülür və üzərinə qazlı su əlavə edərək təqdim edilir. (müxtəlif variasiyalar mövcuddur)
Hanki panki - cin, şirin vermut və Fernet-Branka ilə hazırlanır.
Con Kollinz - cin, təzə sıxılmış limon şirəsi, sadə şərbət və qazlı sudan hazırlanır.
Sonuncu sağlıq - Bərabər miqdarda cin, yaşıl chartreuse, maraskin və təzə sıxılmış laym şirəsi ilə hazırlanmışdır ki, onlar buz ilə şeykerdə çalxalanır. Qarışıq çalxalandıqdan sonra kokteyl süzgəcindən (ələkdən) stəkana süzülür ki, kokteyldə buz olmasın və süfrəyə verilir.
Manhetten - viski, şirin vermut və bitter
Martinez - cin, şirin vermut, maraskin və portağal bitterləri ilə hazırlanmış klassik kokteyl. Martininin sələfidir.
Meri Pikford - ağ rom, təzə sıxılmış ananas suyu, qrenadin və maraskin ilə hazırlanır. Soyudulduqdan və çalxlandıqdan sonra maraskin albalısı (tortlar və alkaqollu içkilərdə istifadə olunan xüsusi formada şəkərdə saxlanılmış albalı) ilə verilir.
Meymun badamcıqları - cin, portağal suyu, qrenadin və absent ilə hazırlanmışdır. 1920-ci illərdə Fransanın Paris şəhərindəki "Harry's New York" Barının sahibi Harry MacElhone tərəfindən yaradılmışdır.
Neqroni - bir hissə cin, bir hissə vermut rosso (qırmızı, yarı şirin) və bir hissə campari ilə hazırlanmış, portağal qabığı ilə bəzədilmiş italyan kokteyli.
Köhnə dəb - şəkərin bitter ilə qarışdırılması və viski əlavə etməklə alınır. Sitrus qabığı və kokteyl albalısı ilə bəzədilir.
Paradiz (və ya Paradayz) - cin, ərik likörü və portağal suyunun 2:1:1 nisbətində qarışdırılması və limon şirəsinin sıçradılması ilə hazırlanır.
Əkinçi punşu - Yamayka romu, təzə sıxılmış laym şirəsi və şəkər qamışı şirəsi ilə hazırlanmışdır.
Porto flip - brendi, porto şərabı bə yumurta sarısı
Ramos fizz - cin, təzə sıxılmış limon şirəsi, yumurta ağı, şəkər tozu, krem, portağal çiçəyinin efir yağları və qazlı su ilə hazırlanır. 12-14 unsiya ölçülü Kollinz stəkanında təqdim edilir.
Paslı mismar - Drambyu və Şotland viskisinin çalxalanması ilə hazırlanır.
Sezerak - konyak və ya viskinin yerli Nyu-Orlian versiyası, onun orijinal əsas tərkib hissəsi kimi xidmət edən konyak brendi "Sazerac de Forge et Fils" markasının şərəfinə adlandırılmışdır. İçki ənənəvi olaraq konyak və ya çovdar viskisi, absent, Peychauds bitter və şəkərin birləşməsindən ibarətdir. Çovdarlı viski bəzən burbon ilə, absent isə bəzən Herbsaint ilə əvəz olunur.
Saydkar (Sidecar) - konyak, portağal likörü (Kuantro, Grand Marnier, Kürasao və ya tripl-sek) və əzə sıxılmış limon şirəsi
Stinger - creme de mente və brendi
Tuksedo (və ya Smoking) - cin, vermut, portağal bitteri, maraskin və absent
Vyu kare (fran. "Vieux Carre" tərcümədə "köhnə meydan") - çovdar viskisi, konyak, şirin vermut likörü, Benediktin (Benedictine) və Peychauds bitter ilə hazırlanır.
Turş viski - viski (əsasən burbon), təzə sıxılmış limon şirəsi, şəkər tozu və istəkdən asılı olaraq bir yumurta ağı çalxalanaraq təqdim edilir.
Ağ leydi - Bu, əslində brendi əvəzinə cinlə hazırlanmış Saydkar kokteylidir. Bəzən kokteylə yumurta ağı, şəkər və ya krem kimi inqredientlər də əlavə edilir.
31 içki:
Bellini - prosekko və şaftalı püresi və ya şirəsi
Qara rus - vodka və kofe likörü
Qanlı Meri - vodka, pomidor şirəsi və Worcestershire sousu, isti souslar, sarımsaq, göyərti, kərəviz, zeytun, duz, qara bibər, təzə sıxılmış limon şirəsi, təzə sıxılmış laym şirəsi və kərəviz duzu daxil olmaqla digər ədviyyatlar hazırlanır.
Kaypirinya (Caipirinha) - Braziliyanın milli içkisi, kaşasa (şəkər qamışından likör) şəkər tozu və dilimlənmiş laymdan hazırlanır.
Şampan kokteyli - şəkər tozu, Anqostura bitteri, şampan (qazlı şərab), brendi ilə hazırlanır, maraskin albalısı ilə bəzədilir.
Corpse reviver #2 - bərabər miqdarda cin, təzə sıxılmış limon şirəsi, portağal likörü (əsasən, Cointreau (Kuantro)), Kina Lillet (indi adətən Cocchi Americano ilə əvəz olunur, müasir Lillet Blandan daha çox Kina Lilletə uyğun gəlir) və bir damla absinthedən ibarətdir.
Kosmopolitan - vodka, tripl-sek, zoğal şirəsi və təzə sıxılmış laym şirəsi
Kuba libre - kola, rom və bir çox reseptdə buz və təzə sıxılmış laym şirəsi
Fransız 75 - cin, şampan, təzə sıxılmış limon şirəsi və şəkər tozu
Fransız əlaqələndirici - bərabər miqdarda konyak və ameretto
Qızıl arzular - Galliano (vanil likörü), tripl-sek, portağal şirəsi və krem
Çəyirtkə - bərabər miqdarda creme de menthe, ağ creme de cacao və buzla çırpılmış və soyudulmuş kokteyl şüşəsinə süzülmüş kremlə hazırlanır.
Heminquey speşl - rom, təzə sıxılmış laym şirəsi, maraskin və qreyfrut şirəsi, ikiqat kokteyl şüşəsində servis olunur.
At boynu - brendi (bəzən, burbon) və zəncəfil pivəsi, uzunsov limon qabığı ilə və old fashioner və ya highball glass (slindirik formalı uzun stəkan) ilə servis olunur.
İrland qəhvəsi - isti kofe, İrland viskisi və şəkər tozu qarışdırılır və üzərinə krem sıxılır.
Kir - az miqdarda crème de cassisin ağ şərabla qatılmasından alınır.
Lonq Aylend buzlu çay - vodka, tekila, rom, tripl-sek, cin və soyuq çay dadı verməsi üçün cola əlavə olunur.
May-tay - Yamayka romu, küraso, təzə sıxılmış limon şirəsi, orgeat siropu ilə hazırlanır.
Marqarita - tekila, portağal likörü və təzə sıxılmış limon şirəsi ilə hazırlanır və kənarı duzlanmış stəkanda servis olunur.
Mimoza - şampan (və ya digər qazlı şərab), soyuq sitrus şirəsi (əsasən, portağal)
Nanəli yulep - burbon, şəkər tozu, əzilmiş və ya üyüdülmüş buz, su və təzə nanə
Mahito - ağ rom, şəkər tozu (ənənəvi şəkər qamışı), təzə sıxılmış laym şirəsi, qazlı su və nanə
Moskva qatırı - vodka, ədviyyatlı zəncəfil pivəsi, təzə sıxılmış laym şirəsi ilə hazırlanır, laym dilimi ilə bəzədilir.
Pina kolada - rom, kakos kremi və ya südü və ananas şirəsi, əsasən buzla çalxalanmış halda servis olunur.
Turş Pisko - Peru turş pisko kokteyli Peru piskosu, laym şirəsi sadə şərbət, yumurta ağı, Anqostura ( qarnir üçün) və buz kublarının qarışdırılması ilə hazırlanır. Çili turş pisko kokteyli Çili Piskosu, Pika laymı (limon de Pika) şirəsi, şəkər tozu və buz kubları ilə qarışdırılması ilə hazırlanır.
Dəniz küləyi - vodka, zoğal və greyfrut şirəsi
Çimərlikdə seks - vodka, şaftalı şnapsı, portağal və zoğal şirəsi
Sinqapur slinqi - cin, albalı likörü, portağal likörü (Triple Sec), Benedictine likörü, həmçinin qrenadin, ananas şirəsi və təzə sıxılmış limon şirəsi Anqostura bitteri əlavə edilməklə hazırlanır.
Tekila səhər şəfəqi - tekila, portağal şirəsi və qrenadin siropu
Vesper - cin, vodka və yüngül fransız aperitiv Keena Lille şərabından hazırlanan James Bond kokteyli kimi tanınan içki
Zombi - meyvə şirələri, likörlər və romlarla hazırlanır.
25 içki:
Barrakuda - qızılı rom, Galliano, ananas şirəsi, təzə sıxılmış laym şirəsi və üzərinə Prosekko əlavə edilməklə hazırlanır.
Arının dizləri - cin, təzə sıxılmış limon şirəsi və balla hazırlanır. Çalxalanmış və soyuq halda əsasən burulmuş limon qabığı ilə servis olunur.
Böyürtkən - cin, təzə sıxılmış limon şirəsi, şəkər siropu, crème de mûre (böyürtkən likörü) və əzilmiş buz
Kançançra (Canchanchara) - Kuba aquardient (aguardiente), bal və təzə sıxılmış limon şirəsi
Zülmət və çovğun - tünd rom və zəncəfil pivəsinə əsaslanan kokteyl. Üzərinə buz və laym dilimi qoyula bilər.
Espresso martini - vodka, espresso, kofe likörü və şəkər siropu. Əls Martini deyil.
Fernandito (isp. Fernet con coca tərc. Fernet və kola) - amaro, fernet və kola, üzərində buz ilə servis olunur.
Fransız martinisi - Chambord (martinini fransız edən əsas detal), moruq likörü, vodka və ananas şirəsi, moruqla bəzədilir.
Qeyri-qanuni - meskal, sərt Yamayka ağ romu, falernum, maraskin, təzə sıxılmış laym şirəsi, sadə sirop və bir neçə damçı yumurta ağı
Limon damcısı - vodka, təzə sıxılmış limon şirəsi, tripl-sek və sadə sirop
Çılpaq və məşhur - eyni həcmdə meskal, sarı şartrez, Aperol, təzə sıxılmış laym şirəsinin qarışığı ilə alınır.
Turş Nyu York - çovdar viskisi və ya burbon, sadə sirop, təzə sıxılmış limon şirəsi, yumurta ağı və qırmızı şərab (Şiraz və ya Malbek)
Qoca Kubalı - 2001-ci ildə miksologist (barmen) Odri Sonders tərəfindən yaradılan kokteyl. Rom, təzə sıxılmış laym şirəsi, sadə sirop, Anqostula bitteri, nanə yarpaqları və üzərinə şampan əlavə edilməklə hazırlanır.
Paloma - tekila və təzə sıxılmış laym şirəsi ilə hazırlanır. qreyfrut tərkibli qazlı su (Fresca, Squirt, Jarritos kimi) də əlavə oluna bilər.
Kağız təyyarə - eyni həcmli burbon, Aperol, amaro və təzə sıxılmış limon şirəsi ilə hazırlanır.
Penisilin - viski, bal siropu və təzə sıxılmış limon şirəsi ilə hazırlanır, zəncəfil ilə servis edilir.
Rus bahar punşu - vodka, crème de cassis, şəkər siropu və təzə sıxılmış limon şirəsi ilə hazırlanır.
Spaysi fifti (Spicy Fifty) - vodka, bal siropu, acı qırmızı bibər, gül suyu və təzə sıxılmış laym şirəsi ilə hazırlanır.
Spritz - Prosekko, bitterlər və qazlı su ilə hazırlanır.
Əzab çəkən bicbala - adı iki fərqli kokteyl üçündür: biri daha çox II Dünya Müharibəsi ilə əlaqəli standart kokteyl, digəri isə Tiki barları ilə əlaqəli ekzotik içki kimidir.
Tippereri - İrland viskisi, qırmızı şirin Vermut, yaşıl Şartrez və Anqostura bitteri
Tomminin marqaritası - tərkibi tekila, təzə sıxılmış laym şirəsi, agava siropu və ya sadə sirop və portağal bitteridir, kokteyl bakalında servos olunur.
Turş Trinidad - Anqostura bitteri, təzə sıxılmış limon şirəsi, çovdar viskisi və orşad siropu (badamlı, südlü sirop)
Ve. n. to - ağ yüngül qrappa, təzə sıxılmış limon şirəsi, bal qarışığı (arzu edilərsə, çobanyastığı dəmləməsindən hazırlanır), çobanyastığı dəmləməsi və arzu olunarsa, yumurta ağı.
Sarı quş - ağ rom, tripl-sek, Galliano və təzə sıxılmış laym şirəsi
Siyahının 2020-ci il yeniləməsindən sonra aşağıdakı içkilər çıxarılıb:
2021-ci ildə edilən kiçik bir düzəliş yalnız 2020-ci ildə əlavə edilmiş "Southside" kokteylini çıxardı.
1961-ci ilin siyahısı 50 içkidən ibarət idi: [3] Adonis, Affinity, Alaska, Alexander, Angel Face, Bacardi, Bamboo, Bentley, Between The Sheets, Block And Fall, Bloody Mary, Bobby Burns, Bombay, Bronx, Brooklyn, Caruso, Casino, Claridge, Clover Club, Czarina, Daiquiri, Derby, Diki-Diki, Duchess, Est-India, Gibson, Gin And It, Grand Slam, Grasshopper, Manhattan, Martini Dry, Martini Sweet, Mary Pickford, Mikado, Monkey Gland, Negroni, Old Fashioned, Old Pal, Orange Blossom, Oriental, Paradise, Parisian, Planters, Princeton, Rob Roy, Rose, Sidecar, Stinger, White Lady, Za-Za. (orijinal dilində yazılmışdır)
1987-ci ilin siyahısı 73 içkidən ibarət idi: [4] Alexander, Americano, Apotheke, Bacardi, Banana Bliss, Banana Daiquiri, B & B, Bellini, Black Russian, Bloody Mary, Blu Lagoon, Bronx, Buck’s Fizz, Bull Shot, Champagne Cocktail, Champagne Pick Me Up, Collins (Tom Collins), Coffes (Irish Whiskey), Daiquiri, Egg Nogs (Cognac), Fizzes (Gin), Florida, French Connection, Frozen Daiquiri, Garibaldi, Gibson, Gimlet (Gin O Vodka), Gin And French, Gin And It, Golden Cadillac, Golden Dream, God Father, God Mother, Grasshopper, Harvey Wallbanger, Horse’s Neck, King Alfonzo, Kir, Kir Imperial, Kir Royal, Mai Tai, Manhattan, Margarita, Martini, Negroni, Old Fashioned, Paradise, Pimm’s Cup N°1, Piña Colada, Planter’s Punch, Porto Flip, Prairie Oyster, Pussy Foot, Rob Roy, Rose, Rusty Nail, Salty Dog, Screwdriver, Shirley Temple, Sidecar, Singapore Sling, Snowball, Sours (Whiskey), Spritzer, Stinger, Strawberry Daiquiri, Tequila Sunrise, Tequini, Velvet Hammer, Vodkatini, White Lady, White Russian, White Spider (orijinal dilində yazılmışdır)
1987 dəyişiklikləri: Adonis, Affinity, Alyaska, Bamboo, Bentley, Block And Fall, Bobby Burns, Bombay, Brooklyn, Caruso, Claridge, Czarina, Diki-Diki, Düşes, Est-Hindistan, Grand Slam, Martini Sweet, Mikado, Old Pal, Portağal Çiçəyi, Şərq, Paris, Princeton, Rob Roy, Za-Za. (orijinal dilində yazılmışdır)
1993-ci ilin siyahısı 60 içkidən ibarət idi:[5] Alexander, Americano, Bacardi, Banana Frozen Daiquiri, Bellini, Black Russian, Bloody Mary, Brandy Egg Nog, Bronx, Buck’s Fizz ( Mimosa ), Bull Shot, Champagne Cocktail, Daiquiri, Florida (non-alcoholic), French Connection, Frozen Daiquiri, Garibaldi, Gibson, Gin And French, Gin And It, Gin Fizz, Golden Cadillac, Golden Dream, God Father, God Mother, Grasshopper, Harvey Wallbanger, Horse’s Neck, Irish Coffe, John Collins, Kir, Kir Royal, Manhattan, Manhattan Dry, Manhattan Perfect, Margarita, Martini Dry, Martini Perfect, Martini Sweet, Martini Vodka, Negroni, Old Fashioned, Paradise, Parson’s Special (non-alcoholic), Piña Colada, Planter’s Punch, Porto Flip, Pussy Foot (non-alcoholic), Rob Roy, Rose, Rusty Nail, Screwdriver, Shirley Temple (non-alcoholic), Sidecar, Singapore Sling, Stinger, Tequila Sunrise, Whisky Sour, White Lady, White Russian (orijinal dilində yazılmışdır)
2004-cü ilin siyahısı 5 kateqoriyada 66 içkidən ibarət idi: [6]
(orijinal dilində yazılmışdır)
2011-ci il siyahısı 3 kateqoriyada 77 içkidən ibarət idi: [7]
Unudulmazlar (30 içki):
Alexander, Americano, Angel Face, Aviation, Bacardi, Between The Sheets, Casino, Clover Club, Daiquiri, Derby, Dry Martini, Gin Fizz, John Collins, Manhattan, Mary Pickford, Monkey Gland, Negroni, Old Fashioned, Paradise, Planters Punch, Porto Flip, Ramos Gin Fizz, Rusty Nail, Sazerac, Screwdriver, Sidecar, Stinger, Tuxedo, Whiskey Sour, White Lady
Müasir klassiklər (31 içki):
Bellini, Black Russian, Bloody Mary, Caipirinha, Champagne Cocktail, Cosmopolitan, Cuba Libre, French 75, French Connection, Godfather, Godmother, Golden Dream, Grasshopper, Harvey Wallbanger, Hemingway Special, Horses Neck, Irish Coffee, Kir, Long Island Iced Tea, Mai Tai, Margarita, Mimosa, Mint Julep, Mojito, Moscow Mule, Pina Colada, Rose, Sea Breeze, Sex On The Beach, Singapore Sling, Tequila Sunrise
Yeni dövr içkiləri (16):
B-52, Barracuda, Bramble, Dark N Stormy, Dirty Martini, Espresso Martini, French Martini, Kamikaze, Lemon Drop Martini, Pisco Sour, Russian Spring Punch, Spritz Veneziano, Tommy's Margarita, Vampiro, Vesper Martini, Yellow Bird
(orijinal dilində yazılmışdır)
BBA siyahısı 2020-ci ildə 24 yeni içki, 11 çıxarılan içki, bölmələr arasında 2 yerdəyişmə və 1 ad dəyişikliyi ilə əhəmiyyətli dərəcədə yenilənib. [8]
2020 yeniləməsinə aşağıdakı 24 içki əlavə edildi:
(orijinal dilində yazılmışdır)
Əlavə və ya çıxarışlardan başqa:
Siyahının 2020-ci il yeniləməsinə əsasən aşağıdakı 11 içki çıxarılıb: B-52, Bacardi, Derby, Dirty martini, Godfather, Godmother, Harvey Wallbanger, Kamikaze, Rose, Screwdriver, Vampiro.
2021-ci ildə edilən kiçik bir düzəliş yalnız 2020-ci ildə əlavə edilmiş Southside'ı çıxardı.