Çimpe qalası — XIV əsrin ortalarında Osmanlı ordusu tərəfindən fəth edilən, Balkan torpaqlarının cənub-şərqində Gelibolu yarımadasında yerləşən bir qaladır. 1352-ci ildə Osmanlı ordusu tərəfindən fəth edilmişdir. XIV əsrin ortalarında Osmanlı türklərinin Çimpe qalasını alaraq Rumeliyə keçişi Balkanların tarixində olduqca əhəmiyyətli bir dönüş nöqtəsi olmuşdur. Sənədlərdə qalanın adı "Cinbi", "Çinpi" olaraq da keçir.
İmperator Kantakuzenosun tələbi ilə 1352-ci ildə Süleyman Paşa komandasındakı iyirmi min nəfərlik Türk qoşunu Rumeliyə keçmiş, mühasirəyə altındakı Ədirnə ilə burada əsir olan imperatorun oğlunu xilas etmişdir. Kantakuzenos, Orxan bəydən yardım qüvvəsi istəyərkən bunun müqabilində Gelibolu yarımadasında bir qala verməyi öhdəsinə götürdüyü üçün Süleyman Paşa ertəsi il Anadoluya qayıdarkən Gelibolu yaxınlığındakı Çimpe qalasına bir miqdar əsgər qoymuşdur. İki il sonra, böyük strateji əhəmiyyəti olan Gelibolunu işğal etmiş və beş il ərzində Frakiyanın cənub bölgəsini fəth edərək, Anadoludan əsgər və əhali gətirib yerləşdirmişdilər. Beləliklə, qısa zamanda Avropa yaxasında güclü bir köprü-başı qurmuşdular. Bu köprü-başı, Osmanlıların Avropada Vyana önlərinə qədər yayılan imperiyalarının başlanğıcıdır. 1329–1344-cü illərdə İzmirdən donanması ilə Frakiyaya dəniz yürüşləri edən Aydınoğlu Umur Bəy, Balkan qoşunlarını hazırlayan ilk böyük qazi bəydir. 1357–1359-cu illər ərzində Anadoludan Rumeli köçürmələr davam edəcərək, Rumeli ucu güclənəcəkdir. Orxan bəyin Süleyman üçün Bolayırda tikdiyi imarətə məxsus 1360-cı il tarixli vakfiyədə bu bölgədə türkcə adlar daşıyan bir çox kəndlərin qurulmuş olduğunu görürük.
Bəzi tarixçilər və tarix qaynaqları, Orxan bəyin oğlu Süleyman Paşanın Ədirnəni əhatə edən Bolqar və Serb qüvvələrini pozaraq Şərqi Romaya kömək etməsi nəticəsində qalanın hədiyyə edildiyi ifadə edilmişdir. Bu hadisə ilə Osmanlı dövləti ilk dəfə Rumeli yaxasında bir qala fəth etmişdir. Orxan Bəy Çimpe qalasını Balkanlarda hərbi baza kimi istifadə etmişdir.