Çin–Fələstin münasibətləri

Fələstin–Çin münasibətləriÇin Xalq Respublikası ilə Fələstin Dövləti arasında ikitərəfli münasibətlər. Münasibətlər Mao Tszedunun hakimiyyətinə qədər uzun bir tarixə sahibdir. Maonun xarici siyasəti Üçüncü Dünya ölkələrində Milli Qurtuluş Döyüşlərinin - ölkələrin müstəmləkə hakimiyyətindən azad edilməsi uğrunda aparılan müharibələrin dəstəyinə əsaslanırdı. Maonun ölümündən sonra Çin beynəlxalq forumlarda Fələstin Azadlıq Təşkilatına dəstəyini davam etdirdi.

Fələstin–Çin münasibətləri
Çin və Fələstin
 ÇXR  Fələstin

Çin 1988-ci ildə Fələstin Dövlətinin müstəqilliyini rəsmi olaraq tanıdı. 1992-ci ildə Çin İsraillə rəsmi münasibətlər qurdu və hər iki ölkə ilə yaxın münasibətləri davam etdirdi. Hər iki Fələstin lideri Yasir ƏrəfatMahmud Abbas Çinə rəsmi ziyarət etdi.

Bundan əlavə Çin Həmas-ı terror təşkilatı kimi tanımır. Paytaxtı Şərqi Qüdsdə olan 1967-ci il sərhədləri daxilində "suveren və müstəqil Fələstin Dövlətinin" mövcudluğunu tam dəstəkləyir.

Tarixi[redaktə | mənbəni redaktə et]

1949-cu ildə Çin vətəndaş müharibəsində Mao Tsedunun qələbəsindən sonra Çin İsrail dövlətini tanıdı, lakin 1950-1960-cı illərdə ərəblər və fələstinlilərə dəstək olmağa başladı.

1960-cı illərdə Çin İsraili məhv etmək və onun yerinə Fələstin Ərəb dövləti yaratmaq ideyasını qətiyyətlə dəstəklədi. Mao, Yasir Ərəfat və Fələstin Azadlıq Təşkilatını (FAT) dəstəklədi. Çin Fəth partiyası ilə sıx əlaqələr saxladı. Çin Kommunist Partiyası Fələstinin Azadlığı üçün Xalq Cəbhəsi və Fələstinin Qurtuluşu üçün Demokratik Cəbhə kimi yarımçıq kommunist qrupları və Fələstin partiyalarını dəstəklədi. 1965-ci ilin mayında FAT Çində diplomatik nümayəndəliyini açdı[1].

Çin BMT-yə üzv qəbul edildikdən sonra da Fələstinə dəstək verməyə davam etdi. 1974-cü ilin yayında Pekində FAT-nın səfirliyi açıldı. Çin hökuməti sionizmi irqçiliyin bir forması adlandıran bütün irqi ayrıseçkiliyin aradan qaldırılması haqqında BMT Baş Məclisinin 1975-ci il tarixli 3379 saylı qətnaməsini qətiyyətlə dəstəklədi[2].

1976-cı ildə Mao Tzsedunun ölümündən sonra Den Syaopin partiya lideri oldu. Den Fələstin hərbi qruplarına dəstəyi azaltdı. Sonralar Çin fələstinlilərə dəstəyini tamamilə dayandırdı və 1978-ci ildə Kamp-Devid anlaşmasına dəstək verdi. Ancaq 1980-ci illərdə Çin yenidən fələstinlilərə dəstək olmağa başladı. 1988-ci ildə həm İsrail, həm də ABŞ-nin etirazlarına baxmayaraq, Yasir Ərəfatın imzaladığı Fələstin Müstəqilliyi Bəyannaməsini dəstəklədi. ÇXR 20 Noyabr 1988-ci ildə Fələstin Dövlətinin müstəqilliyini rəsmi olaraq tanıdı və 1989-cu ilin sonunda Fələstinlə tam diplomatik münasibətlər qurdu.

Çin 1990-cı ildən bəri Fələstinə rəsmi diplomatik heyət göndərir. Əvvəlcə diplomatik əlaqələr Çinin Tunisdəki səfirliyi vasitəsilə aparıldı. 1995-ci ilin dekabrında Çin Qəzzə zolağında diplomatik nümayəndəlik qurdu, Fələstin Azadlıq Təşkilatının əslində səfirlik və əlaqə ofisi kimi fəaliyyət göstərdi. Bununla birlikdə 2008-ci ilə qədər Tunisdəki səfir Fələstində baş diplomatik xidmət vəzifəsini davam etdirdi. 2004-cü ilin mayında Çin nümayəndəsi Ramallaya köçürüldü[3].

Müasir dövr[redaktə | mənbəni redaktə et]

Tsyan TseminHu Cintaonun hakimiyyəti dövründə Çin İsrail-Fələstin sülh prosesinə dəstək verdi. Bu müddət ərzində Ərəfat və Abbas Çinə dəfələrlə səfər etdi.

2006-cı il Fələstin Qanunvericilik Şurası seçkiləri zamanı Çin yenə də Həması terror təşkilatı adlandırmaqdan imtina etdi. ÇXR Həmasın Xarici İşlər Naziri Mahmud əl-Zaharı 2006-cı ilin iyununda həm Amerika Birləşmiş Ştatlarının, həm də İsrailin etirazlarına məhəl qoymadan Çin-Arab Əməkdaşlıq Forumunda iştirak etməyə dəvət etdi. Lakin Mahmud Abbasdan razılıq aldı[4]. 2008-2009-cu illərdəki Qəzzə müharibəsindən sonra Xarici İşlər Nazirliyinin sözçüsü Sin Qan hər iki tərəfi mübahisələri dialoq yolu ilə həll etməyə çağırdı və münaqişələrin həlli üçün hərbi güc tətbiq edilməsini pislədi[5]. 31 may 2010-cu ildə Qəzzə sahillərində baş verən qarşıdurmadan sonra Çin Xarici İşlər Naziri Ma Çjosyu İsraili qəti şəkildə qınadı və dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini ciddi şəkildə yerinə yetirməyə və Qəzzə Zolağında vəziyyətin yaxşılaşdırılmasına çağırdı.

2012-ci ildə Şəma Sütunu əməliyyatından sonra Çin Xarici İşlər Nazirliyi Çinin qarşıdurmalardan narahatlığını ifadə etdi. Bütün tərəfləri, xüsusən də İsraili təmkinli olmağa və mülki insan tələfatına yol verməməyə çağırdı[6].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "中国同巴勒斯坦的关系". Office of the People's Republic of China in Palestine. www.pschinaoffice.org. 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  2. "United Nations General Assembly Resolution 3379 (November 10, 1975)". 2009-02-01 tarixində arxivləşdirilib.
  3. "驻巴勒斯坦国办事处". Ministry of Foreign Affairs. 2012-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-04.
  4. "China's Palestine Policy" (ingilis). Jamestown. 2019-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  5. "UN Security Council Calls for Immediate Halt to Gaza Violence". Haaretz. 2008-12-28. 2019-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.
  6. "外交部:中方严重关切以色列对加沙发动军事行动 - 中文国际". www.chinadaily.com.cn. 2019-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-24.