Çin–Filippin münasibətləri — Çin Xalq Respublikası və Filippin arasında mövcüd ikitərəfli əlaqələr. İki ölkə arasında ilk diplomatik əlaqələr 9 iyun 1975-ci ildə qurulmuşdur.
Çin-Filippin münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci illərdə Filipin Prezidenti Ferdinand Markosun Çində kommunizmi dəstəkləyən və eyni zamanda Filippindəki kommunist münasibətlərinə qarşı çıxan siyasəti iki ölkə arasında əlaqələr əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Buna cavab olaraq Çin Filippindəki kommunistləri dəstəkləməkdən əl çəkmişdir. İki ölkə arasında xoş münasibətlər Cənubi Çin dənizindəki sahələrə sahiblənmək məsələsində haçalanmışdır
İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra iki tərəfli dövlət məmurları səviyyəsində çoxlu səfərlər təşkil edilmişdir. 1996-cı ildə Şin Xalq Respublikasının sədri Tsyan Tsemin Filippinə səfəri zamanı iki ölkənin liderləri beynəlxalq münasibətlərdə bir-birini dəstəkləmələri, yaxşı qonşuluq və qarşılıqlı anlaşma məsələlərində ortaq məxrəcə gəlirlər. Üstəlik Cənubi Çin dənizindəki mübahisəli ərazilərdə konsensusua gəlinir. 2012-ci ildə Skarobo-Şöl atollu uğrunda iki ölkə arasında sərhəd toqquşması baş verir. Fiippin sərhədçiləri tərəfindən neytral sularda səkkiz Çin balıqçı gəmisi aşkarlanmışdır. Onların gəmilərinə baxış zamanı mərcanlar, diri köpək balıqları aşkarlanmışdır. Filippin sərhədçi gəmilərinin balıqçı gəmilərini nəzarətə götürmək istəyi çinli hərbi potrullar tərəfindən qarşısı alınır. Bundan sonra hər iki ölkənin konsulluqları qarşısında etirazlar baş qaldırır[1]. Çin tərəfi tolun daxilində yerləşən buxtanın önünə baryer qoyur və ətraf dəniz sahələrini nəzarətə götürür. Ütəlik mübahisəli ərazilərə Filippin gəmilərini buraxmır[2].
2013-cü ilin yanvarında Filippin Çini Beynəlxalq Ədalət Məhkəməsinə verir. 2016-cı ildə məhkəmə mübahisəli Spratli arxipelaqına haqqının olmamasını bəyan edir[3]. 2013-cü ilin iyuliunda Filippin məsələni BMT Dəniz hüququ üzrə Beynəlxaql tribunalında qaldırmağı bəyan edir. Ancaq Çin burada formal şəkildə iştirakdan imtina edir. Filippinin cəhdlərinə baxmayaraq Çin hazırda da Cənubi Çin dənizindəki mübahisəli adalarda hərbi varlığını qoruyur[4]. 2017-ci ilin martında Çin gəmiləri Filippin sahillərindən 250 km aralıda müşahidə edilmişdir[5][6].
Filippin Prezidenti Rodriqo Duterte 30 iyun 2016-cı ildə hakimiyyətə gələrkən ABŞ-dən üz döndərdiyini Çinə və Rusiyaya yönəldiyini bəyan etmişdir[7].
8 mart 2017-ci ildə Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Rodriqe Dudertenin Çinlə isti münasibətlər qurması ilə Çinlə Filippin arasında mübahisəli adalar məsələsinin çözüldüyünü bəyan etmişdir. Çin ilə Filippin qarşılıqlı körpü, dəmiryolu və bəndlərin tikintisi ilə bağlı razılaşmalar imzalamışlar[8][9].
1978 Scientific and Technological Cooperation Agreement
1979 Cultural Cooperation Agreement, Civil Aviation and Transportation Agreement
2001 Memorandum of Understanding (MOU) on Sports Cooperation
2001 Cooperation in Information Industry
2001 Cooperation in the Crackdown on Transnational Crimes
2001 Treaty on Extradition
2001 Pact on Cooperation Against Illicit Traffic and Abuse of Narcotic Drugs
2002 MOU on Tourism Cooperation
2005 MOU on Maritime Cooperation
2005 Pact on Cooperation in Youth Affairs
2007 MOU on Cooperation in Sanitary and Phytosanitary Cooperation, Education Cooperation
2007 Pact on Protection of Cultural Heritage
2008 Pact on Sanitary Cooperation
2007-ci ildə ikitərəfli ticarət əlaqələri 30 mld dollardan yuxarı etmişdir. 2008-ci ilin yanvar-oktyabr ayları arasında ticarət dövriyyəsi isə 25,3 mld dollar olmuşdur ki, bu da keçən ilin anoloji dövrü ilə müqayisədə 1,4 % çoxdur. 2015-ci ildə Çin Xalq Respublikası ilə Filippin arasındakı ticarət dövriyyəsi 17,646 milyard dollar olmuşdur. 2016-cı ildə Filippini 680 min Çin vətəndaşı turizm məqsədilə ziyarəty etmişdir. Halbuki eyni məqsədlə 1.2 milyon filippinli Çində olmuşdur[10].
2005-ci il məlumatına görə filippində çin əsilli 1.5 milyon insan yaşayır. Bu isə ümumi əhalinin 1,6 % deməkdir. Filippinin sayına görə 9-cu ən böyük etnik qrupudur.